«Şəfəq»in
fəxri
Məzahir Məmmədov
Quba şəhərində doğulub, uşaqlıqdan jurnalist
olmaq arzusuna düşüb. Əsgərlikdən sonra elə rayon mərkəzindəki
mətbəədə çalışıb.
Addım-addım arzusuna sarı gedib. Tale onu
"Şəfəq" qəzeti redaksiyasına gətirib və
17 il mətbəədə
çalışıb. BDU-nun jurnalistika
fakültəsini bitirdikdən sonra isə
müxbir kimi artıq
23 ildir ki, "Şəfəq"
qəzetində fəaliyyətini davam etdirir, necə deyərlər, bu
qəzetlə nəfəs alır.
O, həm də
AzərTAc-ın şimal bölgəsi
üzrə müxbiri işləmişdir.
İnformasiya qıtlığı dövrünün yazarlarından olan Məzahir həmin illərin çətinliklərinə
baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlib.
O, rayonumuzda həyatın nəbzini
tutmağı bacaran istedadlı jurnalist, biliklərə can
atan, mütaliəni sevən ziyalı kimi tanınır.
Qubada müxtəlif millətlərin
nümayəndələri yaşayır, rayonumuz,
sözün əsl mənasında,
ölkəmizdə tolerantlığı ilə seçilən
bölgələrdən biridir. Azərbaycançılıq
ideyalarının, respublikamızda yaşayan
xalqlar arasında dostluq
əlaqələrinin təbliği də Məzahir müəllimin
yaradıcılığında geniş yer ayırdığı mövzulardandır.
M.Məmmədovun yazıları həmçinin "Azərbaycan",
"Xalq qəzeti", "Respublika", "Zaman"
və başqa qəzetlərdə dərc
olunur.
2000-ci
ildə ən fəal mətbuat işçisi
hesab edildiyinə görə o, rayon icra
hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan Jurnalistlər Birliyinin diplomuna layiq görülmüşdür.
2011-ci ildə "Şəfəq" qəzetinin 90 illik yubileyi münasibətilə
keçirilən tədbirdə Azərbaycan Mətbuat
Şurasının,
Azərbaycan Jurnalistlər Birliyinin, Beynəlxalq
"Gülüstan" Ədəbiyyatçılar
İttifaqının "Dostluq"-"Drujba" diplomuna, rayon icra hakimiyyətinin
diplomlarına və fəxri fərmanlara layiq
görülmüşdür.
40
ildən artıq "Şəfəq" qəzetində fəaliyyət
göstərən M.Məmmədov rayonumuzun
tanınmış və nüfuzlu
jurnalistlərindəndir. Ömrünün
ixtiyar çağında o,
yenə də tükənməyən gənclik həvəsi
ilə çalışır, qələmini cilalayır, sözünün təsirli və kəsərli
olmasına çalışır.
Qəhrəman
QASIMOV,
Quba
rayonu
Azərbaycan. - 2013.- 25 avqust.- S. 6.