Həmvətənimiz
professor Arif Quliyev Ukraynanın yüksək dövlət
mükafatına layiq görülmüşdür
AzərTAc
xəbər verir ki,
Ukraynanın Müstəqillik Günü
ilə əlaqədar olaraq Ukrayna Prezidentinin 448/2013
nömrəli fərmanı ilə ölkədə dövlət
quruculuğu, sosial-iqtisadi,
elmi-texniki, mədəniyyət və təhsil
sahələrinin inkişafına böyük
töhfəsinə, sanballı əmək nailiyyətlərinə və
yüksək peşəkarlıqlarına görə elm və təhsil sistemi
işçilərinin bir qrupuna
"Ukraynanın əməkdar təhsil işçisi"
fəxri adı verilmişdir.
Mükafatlandırılanlar
arasında həmvətənimiz, Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər
İnstitutunun beynəlxalq hüquq
kafedrasının professoru, "Xalq Diplomatiyası İnstitutu"
ictimai təşkilatı idarə heyətinin
başçısı, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai
təşkilatının və "Ukrayna
Azərbaycanlılarının Elmi
Şurası" ictimai təşkilatının
həmtəsisçisi, Ukrayna Azərbaycanlıları
Konqresi (UAK) sədrinin müavini
Arif Cəmil oğlu Quliyev də vardır
Qeyd etmək lazımdır ki, hüquq elmləri doktoru Arif Quliyevin
Azərbaycanın dövlət, habelə diplomatiya
xidməti, o cümlədən
Ukraynanın elm və tədris sahəsində
çox böyük
təcrübəsi vardır. O, terrorizmə
qarşı mübarizənin beynəlxalq hüquqi
tənzimi mexanizmlərinin və prezidentlik
təsisatının kompleks tədqiqi,
terrorizmə qarşı mübarizədə prezidentlik
təsisatının fəallaşdırılması modellərinin
milli xüsusiyyətlərinin və səciyyəvi
cəhətlərinin araşdırılması, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata
keçirilməsi sahəsində fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi mövzusunda
bir sıra elmi əsərlərin
müəllifidir.
Layiqli mükafat
alması münasibətilə həmvətənimizi təbrik
edir, onunla qürur duyur və gələcək
işlərində ona uğurlar
arzulayırıq.
Azərbaycan. - 2013.- 25 avqust.- S. 7.