Azərbaycan gəncləri
Avropa İttifaqı tərəfindən dəstəklənən
beynəlxalq təlim proqramında iştirak
etmişlər
Gürcüstanın
paytaxtı Tbilisidə keçirilən "Şərq Tərəfdaşlığı"
ölkələrinin gənclər siyasəti" beynəlxalq
təlim proqramında ölkəmizi Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondunun aparat rəhbəri
Faiq Qürbətov, Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli Şurasının nümayəndəsi Bəyimxanım
Məmmədova və "İrəli" İctimai
Birliyinin nəzarət-təftiş
komissiyasının sədri Xaqani Fərəcov
təmsil etmişlər.
"İrəli"
İctimai Birliyinin mətbuat
xidmətindən AzərTAc-a bildirmişlər ki,
Avropa İttifaqı tərəfindən dəstəklənən
beynəlxalq təlimdə "Şərq Tərəfdaşlığı"
proqramına üzv ölkələrin
dövlət rəsmiləri də iştirak
etmişlər.
Beynəlxalq
təlim proqramının əsas məqsədi gənclər
siyasəti sahəsində təcrübə mübadiləsinin
aparılması, Avropa
İttifaqının gənclər siyasətinin "Şərq
Tərəfdaşlığı" ölkələrində
həyata keçirilməsi metodlarının
hazırlanması olmuşdur.
Azərbaycan. - 2013.- 25 avqust.- S. 8.