BP Azərbaycan
şirkətində işləyənlərin böyük
əksəriyyəti artıq yerli
kadrlardır
Onlar
vaxtilə burada çalışan xarici mütəxəssisləri əvəz
edirlər
Hazırda
ölkəmizin BP Azərbaycan şirkətində
çalışan vətəndaşlarının sayı
2655 nəfərdir. Şirkətin ixtisaslı daimi
işçilərinin 84 faizini yerli mütəxəssislər təşkil edir. Onların bir çoxu rəhbər vəzifələrdədir.
Təkcə bu ilin əvvəlindən
işə 50 nəfər Azərbaycan vətəndaşı
qəbul edilib.
19
il əvvəl "Əsrin müqaviləsi"
təzəcə imzalananda və bundan sonrakı ilk
dövrlərdə xarici şirkətlərlə
birgə işlənən neft-qaz layihələrində
çalışanların əksəriyyəti əcnəbilər
idi. Ən böyük
layihələrin əməliyyatçısı
olan BP isə bildirirdi
ki, illər keçdikcə xariciləri
yerli mütəxəssislər əvəz
edəcək. Müəllifi ümummilli
lider Heydər Əliyev olan
yeni neft
strategiyasının müvəffəqiyyətlə davam etdirilməsinin, Azərbaycanın xarici şirkətlərlə etibarlı tərəfdaşlıq
əlaqələri qurmasının uğurlu
nəticələrindən biri də məhz
budur: indi neft-qaz və ixrac layihələrinin
həyata keçirilməsində
çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır.
"Azəri-Çıraq-Günəşli",
Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft
kəməri, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri kimi iri layihələrin operatoru olan BP şirkəti
daha çox Azərbaycan
vətəndaşını işə qəbul etməyi, başqa sözlə, güclü
milli işçi
qüvvəsi
formalaşdırmağı özünün
əsas prioritetlərindən biri
sayır. Şirkət buna əməkdaşlarının icra göstəriciləri və karyera inkişafını fəal şəkildə
idarə etməklə, eləcə də işə yeni istedadları cəlb etməklə nail olur.
Təkcə
2012-ci ildə Azərbaycanda BP-nin daimi yerli işçilərinin
ümumi sayı 234 nəfər, yaxud 11 faizdən çox
artıb. Bu da şirkətin
ixtisaslı milli işçi
qüvvəsi yetişdirmək öhdəliyinə sədaqətini
bir daha nümayiş etdirir.
İl ərzində
yüksək vəzifəli yerli vətəndaşların
sayı 13 faiz artaraq
168-ə çatdı. Onların arasındakı qadın əməkdaşların
əksəriyyəti maliyyə və insan
resursları şöbəsində, kişi
menecerlər isə əsasən əməliyyatlar, mühəndis-texniki,
maliyyə, həmçinin sağlamlıq, əməyin təhlükəsizliyi və
ətraf mühitin mühafizəsi sahələrində
işləyir. Keçən il 22 azərbaycanlı
əməkdaş digər ölkələrə ezam olunaraq orada
yüksək vəzifələrdə çalışıb.
"BP Azərbaycanda.
Davamlı inkişaf
haqqınqda hesabat - 2012"də bildirilir ki, şirkət
ixtisaslı işçi heyətinə olan gələcək tələbatını
qismən keçən il başladığı innovativ neft-qaz ixtisaslı
məzunların təkmilləşdirilməsi proqramı vasitəsilə
ödəməyi planlaşdırır.
"İnsanlar ən dəyərli sərvətimizdir,-
deyirlər BP-də. - Əməliyyatlarımızın
davamlı irəliləməsi üçün
hər gün arxalandığımız
onların istedadı və vəzifə borcu
hissləridir. Hər bir iş
üçün insanları düzgün seçməyə
çalışır, onlara yaxşı
təlim keçir və hörmətlə
yanaşırıq. Bundan əlavə, bütün prosesi düzgün
apardığımıza, hər bir
işi səmərəli və şəffaf
gördüyümüzə əmin olmaq üçün öz
işəgötürmə proseslərimizi və
prosedurlarımızı davamlı olaraq nəzərdən
keçiririk".
Şirkət məzunların
və yay təcrübəsi keçən
tələbələrin işə
götürülməsi proqramını da
davam etdirir. Keçən
il həm texniki, həm
də qeyri-texniki sahələr üzrə
geniş çeşiddə işlərə
3357 namizəd maraq göstərib. Buraya əməliyyatlar, sağlamlıq, əməyin
təhlükəsizliyi və ətraf mühitin
mühafizəsi, mühəndis-texniki, geoloji-geofiziki
işlər, quyular, maliyyə, tədarük
və təchizatın idarə edilməsi, eləcə də informasiya texnologiyaları üzrə vəzifələr
daxil idi. Yekun
müsahibə mərhələsinə 351 nəfər
çıxdı. Sonda 57 yay
təcrübəçisi və 104 məzun işə götürüldü. Məzunlardan 50-sinə
BP-də daimi iş təklif
edildi, qalan 55 nəfər
isə "Neft-qaz ixtisaslı məzunların
təkmilləşdirilməsi proqramı" adlanan
təlim proqramına cəlb olundu.
Bununla yanaşı, keçən
il texniklərin işə qəbulu üçün iki kampaniya keçirildi. Nəticədə
120 texnikə iş təklif olundu. Müxtəlif ixtisaslar
üzrə işə götürülmüş
texniklər Xəzər Texniki Təlim Mərkəzində
18 aylıq intensiv təlim proqramı
keçməlidirlər. Təlimdən sonra
isə onlar dənizdəki və
qurudakı iş yerlərinə göndəriləcək.
Bu il isə
BP öz mühəndisləri üçün yeni
ixtisasartırma proqramına başlayıb. Bu
proqramın məqsədi mühəndislərin BP-dəki
karyeralarının ilk illərində
peşəkar təcrübəyə əsaslanan
inkişafını dəstəkləməkdir. Belə proqramlar şirkətdə quyular,
geoloji əməliyyatlar və
sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf
mühitin mühafizəsi mütəxəssisləri
üçün artıq xeyli
müddətdir həyata keçirilir.
Onların sayəsində uğurlu nəticələr
əldə olunub. Bu il ərzində BP həmçinin mühəndislərə
öz illik
mükafatlarını təqdim edərək bir
qrup yerli mütəxəssisin
nailiyyətlərini dəyərləndirib. Bu
mükafatları alan yerli
mütəxəssislərin sayı əvvəlki illərlə
müqayisədə xeyli artıb.
Bundan əlavə, BP-nin əməliyyatçılıq etdiyi layihələrdə aparılan tikinti quraşdırma işlərinə yerli podratçı, subpodratçı və
təchizatçılar cəlb olunur. Məsələn,
bu ilin sonunda
neft verəcəyi gözlənilən
"Qərbi Çıraq" platformasının Heydər
Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq blokunun tikintisinə 2000 nəfər işçi cəlb olunmuşdu.
Bu işçi qüvvəsinin
təxminən 96 faizi Azərbaycan vətəndaşı
idi. Bibiheybətdəki "AMEK-Tekfen-Asfen" tikinti-quraşdırma sahəsində
isə platformanın üst
modullarının inşa edilməsinə
üç il ərzində
4000 nəfər cəlb olunub ki, bunların da 90 faizi ölkəmizin öz
vətəndaşlarıdır.
Bütün bunlar
göstərir ki, Azərbaycanda yerli işçi qüvvəsindən
və ehtiyatlardan istifadəni maksimuma çatdırmaq BP-nin
başlıca prioritetlərindən olaraq
qalır.
Flora
SADIQLI
Azərbaycan. - 2013.- 28 avqust.- S. 7.