Prezident İlham
Əliyev Küveyt Dövlətinin Azərbaycandakı
səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
28-də Küveyt Dövlətinin ölkəmizdəki
fövqəladə və səlahiyyətli səfiri Ğəssan
Abdulbari Al-Zəvavini diplomatik
fəaliyyətinin başa çatması
ilə əlaqədar qəbul etmişdir.
Dövlət
başçısı Azərbaycan ilə Küveyt
arasında ikitərəfli əlaqələrin yüksək səviyyədə
olduğunu vurğuladı. Ölkələrimizin
beynəlxalq təşkilatlar çərçivəsində
uğurlu əməkdaşlıq etdiyini deyən Prezident İlham Əliyev bu əməkdaşlığı
daha da genişləndirməyin önəmini qeyd etdi. Dövlət
başçısı Azərbaycan ilə Küveyt
arasında güclü siyasi
əlaqələrin mövcud olduğunu vurğulayaraq bu əlaqələrin iqtisadi
sahədə, o cümlədən sərmayə
qoyuluşu, birgə layihələr, turizm və digər istiqamətlərdə inkişaf etdirilməsi üçün
böyük potensialın olduğunu dedi. İkitərəfli
münasibətlərimizin möhkəmləndirilməsində
müxtəlif səviyyəli qarşılıqlı səfərlərin
əhəmiyyətini qeyd edən Prezident
İlham Əliyev əlaqələrimizin
gələcək illərdə də uğurla
inkişaf edəcəyinə əminliyini
bildirdi.
Küveyt Dövlətinin
ölkəmizdəki fövqəladə və səlahiyyətli
səfiri Ğəssan Abdulbari Al-Zəvavi
Azərbaycan ilə Küveyt arasında dostluq münasibətlərinin müxtəlif
sahələrdə genişləndirilməsi üçün
yaxşı imkanların olduğunu
vurğuladı. O, ölkələrimiz arasında ikitərəfli əlaqələrin bundan sonra da
genişləndiriləcəyinə ümidvar
olduğunu bildirdi.
AzərTAc
Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.