Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş
şəxslərin sosial müdafiəsinin
gücləndirilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikasının müstəqilliyi, ərazi bütövlüyü və tərəqqisi uğrunda aparılan mübarizədə yenilməz
rəşadət və misilsiz vətənpərvərlik
nümunələri göstərərək Azərbaycanın
Milli Qəhrəmanı adına layiq görülmüş
şəxslərin
və onların ailə üzvlərinin sosial
müdafiəsinin gücləndirilməsi məqsədilə
qərara alıram:
1. Azərbaycanın
Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs
üçün
Azərbaycan Respublikası Prezidentinin
təqaüdünün aylıq məbləği
artırılaraq 1000 (bir min)
manat müəyyən edilsin.
2. "Azərbaycanın Milli Qəhrəmanı
adı verilmiş şəxslərə
Azərbaycan Respublikası Prezidentinin təqaüdünün
təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 14 iyul tarixli 258 nömrəli Fərmanının
1-ci hissəsində "3.000.000 (üç
milyon)" sözləri "1000 (bir min)" sözləri
ilə əvəz edilsin.
3. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu fərmanın icrasının təmin edilməsi
ilə əlaqədar lazım olan məsələləri
həll etsin.
4. Bu fərman 2013-cü il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.