«Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, şəhid ailəsinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədi ilə qərara alıram:

 

1. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün aylıq məbləği artırılaraq 2013-cü il sentyabrın 1-dən 200 (iki yüz) manat müəyyən edilsin.

 

2. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanının  1-ci hissəsində "165 (yüz altmış beş)" sözləri "200 (iki yüz)" sözləri ilə əvəz edilsin.

 

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etsin.

 

4. "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 23 dekabr tarixli 564 nömrəli Fərmanının 1-ci hissəsi ləğv edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.