V.B.Mustafayevə «Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu»nun verilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycanda silsilə sənədli filmlərin yaradılmasında xidmətlərinə görə Vaqif Behbud oğlu Mustafayevə "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" verilsin.

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 1.