«Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təkmilləşdirilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli sərəncamı»nda
dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli sərəncamını "Diplomatik xidmət haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının
2013-cü il 5 aprel tarixli 598-IVQD nömrəli qanununa
uyğunlaşdırmaq məqsədi ilə qərara
alıram:
"Azərbaycan
Respublikasının diplomatik nümayəndəliklərində
çalışan işçilərin aylıq əməkhaqlarının
təkmilləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 25 sentyabr tarixli 2462 nömrəli sərəncamının
(Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2012, № 9, maddə 913) 2-ci hissəsinə "25 faizi," sözlərindən sonra
"səfir müavini," sözləri
əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 29 avqust.- S. 2.