«Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan
Respublikasının 2013-cü il 2 iyul tarixli 714-IVQ nömrəli
Qanununun tətbiqi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini
rəhbər tutaraq, "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının 2013-cü il 2 iyul tarixli
714-IVQ nömrəli Qanununun tətbiqini təmin
etmək məqsədi
ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan
Respublikası Prezidentinin aktlarının
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə
bağlı təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna
uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.3. həmin Qanunun pozulmasına görə məsuliyyət
növlərini müəyyən edən qanun
layihələrini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4.
həmin Qanunun 1.1.12-ci maddəsinə uyğun olaraq, insan həyatı və ya
sağlamlığına, ətraf mühitə, dövlətin
əmlak maraqlarına birbaşa və mühüm təhlükə və ya mühüm zərərin
müəyyən edilməsi ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 6.1-ci maddəsinin ikinci
cümləsinə uyğun olaraq, yoxlayıcı orqanların səlahiyyətlərinin
təkrarlanması hallarının aradan
qaldırılması ilə bağlı təkliflərini
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
1.1.6.
həmin Qanunun 6.2-ci maddəsinə uyğun olaraq, yoxlamaların
təşkili və həyata keçirilməsi ilə
bağlı yoxlayıcı orqanların qəbul etdiyi normativ hüquqi aktların ləğv edilməsi üçün müvafiq
tədbirlər görsün və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.7. həmin Qanunun 18.1-ci maddəsinin üçüncü
cümləsinə uyğun olaraq, iri, orta
və kiçik sahibkar
meyarlarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən
etsin;
1.1.8. həmin Qanunun 19.8-ci maddəsinə uyğun
olaraq, yoxlama
suallarının siyahısının formasını və tətbiqi
qaydasını təsdiq etsin və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.9. həmin Qanunun 21.4-cü maddəsinə uyğun olaraq, məhsulun
tədqiqi (sınağı) barədə qərarın
nümunəvi formasını təsdiq etsin
və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.10.
həmin Qanunun 22.5-ci maddəsinə uyğun olaraq, məhsulun
tədqiqi (sınağı) məqsədi ilə məhsul
nümunələrinin götürülməsi aktının
nümunəvi formasını təsdiq etsin
və bu barədə Azərbaycan
Respublikasının Prezidentinə məlumat versin;
1.1.11. həmin
Qanunun 25.5-ci maddəsinə uyğun olaraq, tədqiq
(sınaq) nəticələrinə dair protokolun formasını təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.1.12.
həmin Qanunun 26.5-ci maddəsinə uyğun olaraq, məhsul
nümunələrinin götürülməsi ilə
bağlı yoxlayıcı orqanın çəkdiyi xərclərin
sahibkar tərəfindən əvəzinin
ödənilməsi qaydaları və müddətlərini
müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.2. həmin Qanunun 6.3-cü maddəsinə uyğun
olaraq, yoxlayıcı orqanların və
onların nəzarət sahələrinin siyahısını
Azərbaycan Respublikasının Prezidenti
ilə razılaşdırmaqla iki ay müddətində müəyyən etsin;
1.3.
həmin Qanunun 9.5-ci maddəsinə uyğun olaraq, hər bir yoxlayıcı orqanın nəzarət sahəsi
üzrə risk qruplarının müəyyənləşdirilməsi
meyarlarını bu Fərmanın 1.2-ci bəndində
nəzərdə tutulmuş siyahı
qüvvəyə mindiyi gündən iki ay müddətində təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4.
həmin Qanundan irəli gələn vəzifələrin
yerinə yetirilməsi ilə bağlı sahibkarlıq sahəsində
aparılan yoxlamaların vahid məlumat reyestrinin qeydiyyat informasiya sisteminin təkmilləşdirilməsi
üçün zəruri olan
xərclərin maliyyələşdirilməsi məqsədi
ilə zəruri tədbirləri bir ay
müddətində həyata keçirsin;
1.5. mərkəzi
icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanununa
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə
beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.6. həmin Qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi
ilə birlikdə:
2.1. "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikasının Qanunundan irəli gələn
məsələlərin yoxlayıcı orqanlara
izah edilməsi məqsədi ilə ildə
ən azı iki dəfə müvafiq təlimlərin keçirilməsini
təmin etsin;
2.2.
həmin Qanundan irəli gələn məsələlərin
sahibkarlara izah edilməsi
məqsədi ilə həmin Qanun qüvvəyə
mindiyi gündən bir
il ərzində hər ay
kütləvi informasiya vasitələrində
müvafiq reklam
çarxlarının və verilişlərin
yayımını, məqalələrin
dərc edilməsini və digər maarifləndirici tədbirlərin
həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını
təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
4. Müəyyən
edilsin ki:
4.1. "Sahibkarlıq sahəsində aparılan
yoxlamaların tənzimlənməsi və sahibkarların
maraqlarının müdafiəsi haqqında" Azərbaycan
Respublikası Qanununun 1.1.12-ci və 13.2-ci
maddələrində nəzərdə tutulmuş
"müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;
4.2.
həmin Qanunun 6.3-cü, 9.5-ci maddələrində,
18.1-ci maddəsinin üçüncü
cümləsində, 19.8-ci, 21.4-cü, 22.5-ci, 25.5-ci və
26.5-ci maddələrində nəzərdə tutulmuş
"müvafiq icra
hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Nazirlər Kabineti həyata
keçirir;
4.3.
həmin Qanunun 13.1-ci, 13.3-cü maddələrində,
15.3-cü maddəsinin birinci və ikinci cümlələrində, 16.11-ci və
33.6-cı maddələrində nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi
həyata keçirir;
4.4. həmin Qanunun 27.1-ci və 27.4.1-ci maddələrində
nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti
orqanı"nın səlahiyyətlərini Azərbaycan
Respublikasının Standartlaşdırma, Metrologiya
və Patent üzrə Dövlət Komitəsi
həyata keçirir.
5. Bu Fərmanın
icrası ilə əlaqədar qəbul ediləcək normativ hüquqi və normativ xarakterli aktlar "Sahibkarlıq sahəsində
aparılan yoxlamaların tənzimlənməsi və
sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun
qüvvəyə mindiyi gündən tez olmayaraq qüvvəyə
minəcəkdir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 29 avqust.- S. 5.