«Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslərin və Azərbaycan Respublikasında 30
gündən artıq yaşamaq istəyən
əcnəbilərin xüsusi sənədləri
nümunələrinin təsdiq edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli
372 nömrəli
fərmanında dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri
nümunələrinin təsdiq
edilməsi haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 15
iyul tarixli 372 nömrəli fərmanını
"Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri
haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslərin və Azərbaycan Respublikasında 30
gündən artıq yaşamaq istəyən
əcnəbilərin xüsusi sənədləri
nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli
372 nömrəli
qərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, №
7, maddə 512; 2009, № 2, maddə 75) aşağıdakı dəyişikliklər
edilsin:
1. Fərmanın
adından, preambulasından və 1-ci hissəsindən "və
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbilərin"
sözləri çıxarılsın.
2. 1-ci hissənin
beşinci abzasında nöqtəli vergül işarəsi nöqtə işarəsi
ilə əvəz edilsin və
altıncı abzas ləğv edilsin.
3. Həmin fərmanla təsdiq edilmiş
"Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin qeydiyyata alınması haqqında vəsiqənin
eskizi", "Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbinin qeydiyyata
alınması haqqında vəsiqənin nümunəsi", "Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbinin
qeydiyyata alınması haqqında vəsiqənin
təsviri" və "Azərbaycan Respublikasında 30
gündən artıq yaşamaq istəyən
əcnəbinin qeydiyyata alınması
haqqında vəsiqənin spesifikasiyası" ləğv edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 29 avqust.- S. 5.