«Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslərin və Azərbaycan Respublikasında 30
gündən artıq yaşamaq istəyən
əcnəbilərin xüsusi sənədləri
haqqında» Əsasnamənin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında» Azərbaycan
Respublikası Prezidentinin 1998-ci il 13 mart tarixli
684 nömrəli fərmanında dəyişikliklər edilməsi
barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq,
"Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri
haqqında" Əsasnamənin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi haqqında" Azərbaycan
Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli
684 nömrəli fərmanını
"Azərbaycan Respublikasında
daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin və Azərbaycan Respublikasında 30 gündən
artıq yaşamaq istəyən əcnəbilərin
xüsusi sənədləri
haqqında Əsasnamə"nin
təsdiq edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununda
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2013-cü il 5 mart tarixli 584-IVQD nömrəli qanununa uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
"Azərbaycan
Respublikasında daimi yaşayan
vətəndaşlığı olmayan
şəxslərin və Azərbaycan Respublikasında 30
gündən artıq yaşamaq istəyən
əcnəbilərin xüsusi sənədləri
haqqında" Əsasnamənin təsdiq edilməsi barədə"
Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 mart tarixli 684 nömrəli fərmanında (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 3, maddə 168; 2002, ¹ 8, maddə
478; 2006, ¹ 12, maddə 1034; 2008, ¹ 8, maddə 713; 2009, ¹ 7, maddə
532) aşağıdakı dəyişikliklər edilsin:
1. Fərmanın
adından, preambulasından, 2-ci hissəsinin
ikinci-altıncı abzaslarından "və Azərbaycan
Respublikasında 30 gündən artıq yaşamaq
istəyən əcnəbilərin" sözləri
çıxarılsın.
2.
2-ci hissənin ikinci abzasından "və
31-ci bəndində" sözləri, üçüncü
abzasından ", 33-cü bəndində
"yaşadığı yer üzrə
Azərbaycan Respublikasının" sözlərindən sonra, 35-ci bəndində" sözləri, dördüncü abzasından ", 33-cü
bəndində "əsasında və" sözlərindən
sonra" sözləri çıxarılsın.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 29 avqust.- S. 5.