«Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli fərmanını   "Yaşayış yeri olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 5 mart tarixli 583-IVQD nömrəli qanununa  uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:

"Yaşayış yeriolduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 244 nömrəli fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 23; 2003, ¹ 9, maddə 484; 2008, ¹ 8, maddə 713; 2009, ¹ 7, maddə 532) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 2.1-ci bənddə "1-ci bəndinin üçüncü abzasında, 23-1-ci və 23-2-ci bəndlərində" sözləri  "1-ci maddəsinin üçüncü hissəsində, 18-ci maddəsinin birinci hissəsində, ikinci hissəsinin birinciikinci cümlələrində, üçüncü hissəsində və altıncı hissəsinin birinci cümləsində, 23-1-ci və 23-2-ci maddələrində" sözləri ilə əvəz edilsin.

2. 2.2-ci bənd üzrə:

 

2.1. "və 18-ci bəndlərində, 20-ci bəndinin birinci abzasında, 21-ci, 22-ci və 23- " və "və 6" sözləri çıxarılsın;

 

2.2. "bəndinin" (hər dörd halda), "bəndlərində" (hər iki halda) və "bəndində" sözləri müvafiq olaraq "maddəsinin", "maddələrində" və "maddəsində" sözləri ilə əvəz edilsin.

 

3. 2.3-cü bənddə "10-cu bəndinin birinci abzasında və "a", "e" yarımbəndlərində, habelə 24-cü bəndində" sözləri "10-cu maddəsinin birinci abzasında və "a" bəndində, habelə 24-cü maddəsində" sözləri ilə əvəz edilsin.

 

4. 2.4-cü və 2.5-ci bəndlərdə "bəndinin" və "yarımbəndində" sözləri müvafiq olaraq "maddəsinin" və "bəndində" sözləri ilə əvəz edilsin.                                           

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 5.