İstanbulda Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyinin Əlaqələndirmə
Şurasının toplantısı keçirilmişdir
İstanbulda Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyinin Əlaqələndirmə
Şurasının toplantısı keçirilmişdir.
Mətbuat Şurasından AzərTAc-a
bildirmişlər ki, tədbirdə Azərbaycan,
Türkiyə, Qırğız Respublikası, Şimali
Kipr, Bolqarıstan, Yunanıstan, Ukrayna, Moldova, Rusiya Federasiyasının Tatarıstan və Başqırdıstan
respublikalarından, Makedoniya və İraqdan ümumilikdə 30-dək nümayəndə
iştirak etmişdir.
Başlıca
mövzusu Türkdilli
Dövlətlərin və Toplumların III Media
Forumuna hazırlıq olan
toplantıya ölkəmizdən Mətbuat Şurasının
sədri Əflatun Amaşov və Azərbaycan
Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun
icraçı direktoru Vüqar
Səfərli qatılmışlar.
Türkdilli Dövlətlərin və
Toplumların I və II forumları müvafiq
olaraq 2010-cu ilin
dekabrında Ankarada, 2011-ci ilin
oktyabrında isə Bakıda təşkil edilmişdi.
Azərbaycan Respublikasının Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının birgə
təşkilatçılığı ilə
paytaxtımızda keçirilmiş II Forumun iştirakçıları növbəti
toplantının Qırğızıstanda təşkilini qərara
almışdılar.
Əlaqələndirmə
şurasının İstanbuldakı toplantısında müvafiq istiqamətdə müzakirələr
aparılmışdır. III Forumun cari ilin noyabrın 7-dən
9-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi
dəqiqləşdirilmişdir.
Türkdilli Ölkələrin və
Toplumların Media Birliyinin
Nizamnaməsinə görə,
birliyə daxil olan
ölkələr və toplumlar növbəlilik
əsasında quruma sədrliyi həyata
keçirirlər. Hazırda sədrlik Azərbaycana məxsus olduğundan Mətbuat Şurasının sədri
Ə.Amaşov Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyinin Əlaqələndirmə
Şurasının sədri kimi hesabat məruzəsi ilə
çıxış etmişdir. Bildirmişdir ki,
qarşılıqlı media əməkdaşlığı
hər bir türk toplumunun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir,
adət-ənənə, dil, din birliyinə, məişət
yaxınlığına əsaslanan ortaq
maraqları da formalaşdırır. Türkdilli xalqların bir-birləri barədə
daha çox informasiyaya malik olmaları
həmin maraqlara bilməyərəkdən
zərər gətirilməsinin qarşısını
alır.
Bu kimi vəzifələrin
icrası istiqamətində Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyinin daha səmərəli
şəkildə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan
Ə.Amaşov ötən müddətdə
qurumun internet
portalının yaradılmasını qarşıya qoyulan vəzifələrin icrası istiqamətində
mühüm
addım kimi dəyərləndirmişdir.
Şura sədri Bişkek
forumunun daha səmərəli
əməkdaşlıq formalarının seçilməsi
baxımından məhsuldar keçəcəyinə
inandığını bildirmişdir.
Tədbirdə
çıxış edən Türkdilli
Ölkələrin və Toplumların Media
Birliyinin baş katibi və Türkiyə Respublikası Nazirlər
Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş
İdarəsinin müdiri Murat
Karakaya ötən forumdan
bəri görülmüş işlərdən
söz açmış, perspektiv
vəzifələrin icrası imkanlarını
sadalamışdır.
Qarşılıqlı
fikir mübadiləsi şəraitində
aparılan müzakirələrdə türkdilli
ölkə və toplumların media
qurumlarının bir-birinə sıx inteqrasiyasının zəruriliyi
müxtəlif faktlarla əsaslandırılmışdır.
Sonda III Bişkek
Forumunun gündəliyi təsdiqlənmişdir.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 7.