Amerikada çıxan «Anchorage Daily News» qəzetində Azərbaycanın Füzuli, Cəbrayıl və Qubadlı
rayonlarının işğal olunması
haqqında məqalə dərc edilmişdir
Alyaska
ştatının əsas qəzeti sayılan "Anchorage Daily News" nəşrinin 25 avqust
tarixli nömrəsində bu
ştatın Azərbaycan icmasının üzvü
Cəmilə Skivin (Adışovanın)
"Bu həftə Ermənistan tərəfindən
etnik azərbaycanlıların öz doğma
torpaqlarından qovulmasının ildönümü qeyd edilir" sərlövhəli məqalə-müraciəti
dərc olunmuşdur.
ABŞ
Azərbaycanlılar Şəbəkəsi kampaniyasına
göndərilmiş müraciətdə 1993-cü il avqustun 23-dən 31-dək
Azərbaycanın Füzuli, Cəbrayıl
və Qubadlı rayonlarının işğal
edilməsindən, BMT Təhlükəsizlik Şurası tərəfindən
Ermənistanın işğalçı hərəkətlərini pisləyən və
işğalçı qoşunların Azərbaycan ərazisindən
çıxarılmasını tələb edən 874
nömrəli qətnaməsinin qəbul olunmasından bəhs
edilir. Məqalədə həmin rayonlardan qovulmuş azərbaycanlıların
sayı barədə ətraflı məlumat verilir.
Göstərilir ki, bu
üç rayondan 157
min sakin məcburi köçkün vəziyyətinə düşmüşdür.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 7.