Baş Prokurorluğun
əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının
müddəalarının icrası ilə bağlı beynəlxalq
tədbirlərdə fəal iştirak etmişdir
Baş Prokurorluğun
əməkdaşı Elnur Musayev BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının
müddəalarının icrası ilə bağlı beynəlxalq
tədbirlərdə fəal iştirak etmişdir.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a
bildirmişlər ki, Azərbaycan
Respublikasında BMT-nin Korrupsiya
əleyhinə Konvensiyasının bir
sıra müddəalarının icrası ilə
bağlı birinci mərhələ dəyərləndirilməsi
uğurla həyata keçirilmişdir. BMT-nin Narkotiklər və
Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəyi
ilə Bosniya və Herseqovina,
eyni zamanda,
Qvatemalanın ekspertləri Azərbaycan Respublikasında
korrupsiyanın kriminallaşdırılması və beynəlxalq
hüquqi əməkdaşlıq məsələləri
sahəsində qiymətləndirmə apararaq,
konvensiyanın həmin hissəsinin implementasiyası üçün görülən işləri
qənaətbəxş hesab etmişlər.
Azərbaycan üzrə hesabatın icmalı BMT-yə üzv dövlətlər arasında
yayılaraq ölkəmizin müsbət iş
təcrübəsi dünya ictimaiyyətinin
diqqətinə çatdırılmışdır.
Azərbaycan və
Peru Konvensiyanın İmplementasiya
üzrə Nəzarət Qrupunun
sessiyasında qəbul edilmiş qərarla
Meksika Birləşmiş Ştatları
üzrə dəyərləndirici dövlət seçilmişdir.
Azərbaycan
Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya
Qarşı Mübarizə İdarəsinin böyük
prokuroru Elnur Musayev beynəlxalq ekspertlər qrupu
tərkibində Mexiko şəhərində
dəyərləndirmə iclasında iştirak
etmişdir.
Beynəlxalq
ekspert heyəti Meksikanın bir sıra ali
qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə,
Baş Prokurorluq,
Ədliyyə Nazirliyi, Dövlət
İşləri üzrə Nazirlik, Maliyyə
Kəşfiyyatı Qurumu, Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşmüşdür.
Azərbaycanın
Meksikadakı səfiri İlqar Muxtarov açılış sessiyasında iştirak edərək ölkələrimiz
arasında münasibətlərin daha da inkişaf etdirilməsinə
dəstəyini ifadə etmişdir.
Tədbirdə
Meksika hökumətinin özünüdəyərləndirmə
toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin
böyük prokuroru Elnur Musayev tərəfindən
öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert
rəylərinin layihələri təqdim olunmuşdur. İş
bölgüsünə əsasən korrupsiyanın
kriminallaşdırılması, hüquq-mühafizə
qurumları, əmlak üzərinə həbs qoyulması və
müsadirə, cinayət təqibindən immunitet,
hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyəti,
sübutetmə və s. məsələlər
üzrə Meksika qanunvericiliyinin
və təcrübəsinin beynəlxalq tələblərə
cavab verməsinin qiymətləndirilməsini
həyata keçirən azərbaycanlı mütəxəssis
sözügedən prosesdə aparıcı rol
oynamışdır.
Səfər
çərçivəsində beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə və BMT
Konvensiyasının implementasiyası ilə əlaqədar səmərəli
fikir mübadiləsi aparmışdır.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 8.