Dağlarda bərəkət çeşməsi yaradılır

 

Son illər müstəqil ölkəmizin tarixiniə əzəmətli quruculuq dövrü kimi daxil olur. Hər yerdə bir-birindən möhtəşəm obyektlər ucaldılır. Onlardan biri də Şəmkirçay dəryaçasıdır. Dəryaça günümüzün ən böyük layihələrindən biri sayılır.

Obyektin inşası çox gərəkli bir işdir. Hələ sovetlər dönəmində ulu öndər Heydər Əliyev belə bir su qovşağını yaratmaq istəyirdi. Lakin o dövrün qoruq qadağası nəhəng layihənin icrasına əngəl törətdi. İllər boyu bu dəyərli arzu, istək olaraq qaldı. İndi isə ulu öndərin müqəddəs arzusu reallığa çevrilir.

Şəmkirçay dəryaçası geniş ərazini əhatə edəcək. Onun "ayağı" Daşkəsənlə Gədəbəy rayonlarının qovşağına qədər uzanacaq, ümumi su tutumu 175 milyon kubmetr olacaq, su səthinin sahəsi 504 hektara, bəndin hündürlüyü isə 190 metrə çatacaq. Hər tamamlananda Gəncəyə içməli su veriləcək. Şəmkir, Göygöl, Samux və Gədəbəy rayonlarında azı 70 min hektar sahənin suvarılması təmin olunacaq. Dəryaçada 6 aqreqat quraşdırılacaq və xeyli elektrik enerjisi istehsal ediləcək. Ona görə də bu yerlərdə nəhəng dəryaçanı bolluq-bərəkət çeşməsi, işıq və nur mənbəyi adlandırırlar.

Mühüm obyektin inşası "MeliorasiyaSu Təsərrüfatı" ASC-yə  həvalə olunub. Tender keçirilib, tikinti təşkilatı müəyyən edilibqalib - Türkiyənin "Tengiz"  inşaat-sənaye şirkəti işə başlayıb. Neçə vaxtdır obyektdə qızğın gedir. Şəmkir dağının başında, Daşkəsən və Gədəbəy rayonlarının qovşağında nəhəng dəryaça yaradılır. Layihənin müəllifi Mehmet Səlahəddin Yazıçı çox mehriban, işgüzar adamdır. "Qonaq" gələn kimi özü qabağa düşür, obyekt boyu gəzdirir, görülən işlər barədə böyük həvəslə məlumat verir.

Mehmet bəylə birgə uca bir zirvəyə qalxırıq. Sifarişçi təşkilatın nümayəndəsi Ayaz Qəhrəmanov da buradadır. Mehmet bəylə əlaqəli fəaliyyət göstərir. Bir məqsəd uğrunda əlbir, dilbir çalışırlar. Baxırsan, hər yan aydın görünür. Yollar çəkilib, dərələr, təpələr hamarlanıb, dəryaçanın məcrası dağların arası ilə göz işlədikcə uzanır. Buldozerlər, traktorlar, yük maşınları aramsız işləyir. Dəryaçanın məcrasına, yerinə-yatağına düşürük. Dərələr, təpələr çoxdan nizamlanıb. Güclü-qüvvətli texnika hər yanı hamarlayır, bərkidir. Bu gün-sabah suyun yığılmasına başlanılacaq.

Ön tərəfdə nəhəng bəndin enli divarı ucalır. Dağların arasında sanki bir dağ yaranır. 190 metrlik bəndin 149 metri artıq hazırdır. Mehmet bəy deyir ki, gördüyünüz bu nəhəng bənd dəryaçanın bel sütunu sayılır. Buna görə onun möhkəm, etibarlı olmasına xüsusi diqqət yetirilir. Şəmkirçay bəndi əsasən su keçirməyən gil nüvədən, narın incə süzgəcdən, qaya dolğusundan ibarətdir. Bəndin yanında, sıldırım dağlarda 3 tunel açılıb, dəryaçadan kanallara "su yolları" düzəldilib. Turbinlər Türkiyədən, Fransadan gətirilib. Sağ sol sahil kanalları burula-burula dağların döşü ilə aşağı enir, suya həsrət qalan çöllərə doğru uzanır. Biri Şiştəpəyə sarı, digəri isə Gəncəyə doğru...

İşçilərin günü, güzəranı ilə maraqlanırıq. Ayaz Qəhrəmanov deyir ki, hazırda burada təqribən 600 nəfər çalışır. Çoxu da qonşu kəndlərdən gəlib. Gündə 3 dəfə yemək verilir. İşdən sonra evə gedib-gəlmək istəyənlər nəqliyyatla təmin olunur. Burada qalanlara isə hər şəraiti olan müvafiq otaqlar ayrılıb.

Nəhəng dəryaçanın tikintisində ümumi vəziyyət necədir? İnşaat meydanında "Meliorasiya Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə ilə görüşdük. Ə.Əhmədzadə tikintidə işlərin gedişi barədə ətraflı məlumat verdi. Dedi ki, obyektin "canı" sayılan bənddə gil daş-qaya tökmə işləri, elektrik stansiyasında paylayıcı hovuzda beton işləri başa çatmışdır: "Su anbarının tikintisi kompleksinə daxil olan nəqledici magistral kanalın 1.945, qidalandırıcı kanalın 6.721, təhliyyə kanalının isə 4.357 metr hissəsində bütün işlər yerinə yetirilmişdir. Qurğularla birlikdə sol sağ sahil magistral kanallarının 13.525 metr hissəsinin tikintisi tamamlanmışdır. Mərkəzi anbardan kanallara suyun ötürülməsi üçün tunelin təqribən 7 min metrlik hissəsi qazılmış onun, demək olar, yarısı betonlanmışdır. Hazırda həmin kanalların tunelin qalan hissələrində son tamamlama işləri davam edir. Bir sözlə, hər plana uyğun şəkildə gedir. Təchizat, təminat işlərinə söz ola bilməz. "Tengiz" şirkətinin mütəxəssislərinin ümumən burada çalışan türk qardaşlarımızın işlərindən çox razıyıq. Tam əminliklə deyə bilərik ki, Şəmkirçay dəryaçası nəzərdə tutulan vaxtda istifadəyə veriləcək".

Layihənin müəllifi Mehmet bəy deyir ki, başqa cür ola bilməz: "Belə bir dəyərli bizə etibar olunduğundan çox məmnunuq. Çalışırıq ki, bu yüksək etimadı əməli işimizlə doğruldaq. Dünyanın bir sıra ölkələrində işləmişik. Müxtəlif səviyyəli ixtiyar sahibləri ilə əlaqə-ünsiyyətimiz olub, lakin Azərbaycanda olan qayğı diqqət, sistemli , ardıcıllıq, əmin-amanlıq, birlik, böyükdən kiçiyə kimi hamıda hər kəsdə gördüyümüz əsl qardaşlıq münasibəti bizi valeh edir".

 

 

Əhməd İSAYEV

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 9.