Koreyalı və holland tələbələr Azərbaycan
haqqında məlumatlandırılmışlar
Azərbaycan Diplomatik Akademiyasında (ADA) Koreya
Respublikasının və Niderland
Krallığının müxtəlif universitet
və məktəblərinin tələbə və şagirdləri
ilə görüş keçirilmişdir.
ADA-dan AzərTAc-a
bildirmişlər ki, akademiyanın
icraçı prorektoru Fariz
İsmayılzadə bu ali
təhsil ocağının Koreya
Respublikasının Hankuk və Koreya universitetləri, Niderlandın Klingendael və Maastrixt
universitetləri ilə əlaqələrindən, tələbə
mübadiləsi sahəsində əməkdaşlığın
əhəmiyyətindən danışmışdır.
Vurğulanmışdır ki, bu cür görüşlər
xalqlararası dostluq əlaqələrinin
gücləndirilməsində mühüm
rol oynayır.
Görüşdə
qonaqlara ölkəmizin geosiyasi
vəziyyəti, keçdiyi inkişaf yolu, o cümlədən ADA-nın bu
inkişafa verdiyi
töhfələrlə bağlı məlumat verilmiş,
Koreya Respublikası və Azərbaycan arasında
həm tarixən, həm də hazırkı inkişaf
yolunda nəzərəçarpan
oxşarlıqlar
ətrafında müzakirələr
aparılmışdır.
Sonra tələbə
və şagirdlərə ADA-nın tarixi,
strukturu, akademiyada təhsil
almağın yolları, xarici tələbələr
üçün yaradılmış
şərait, təhsili başa vurduqdan sonra tələbələrin
karyeralarının qurulmasında göstərilən
yardım və digər bu kimi
əhəmiyyətli mövzular barədə məlumat verilmişdir.
Sonda görüş
iştirakçıları üçün
kampus tur təşkil
edilmişdir.
Qeyd edək ki,
ADA-nın qonaqları 2010-cu ildə başladılmış
"Mən Azərbaycan haqqında nə bilirəm?" inşa müsabiqəsinin qalibləridir. Bu layihənin
məqsədi gəncləri Azərbaycan haqqında məlumatlandırmaq,
tələbələrə və gənc elm
xadimlərinə ölkəmizi daha
yaxından tanıtmaq və respublikamız barədə gələcək
elmi-tədqiqat fəaliyyətinə həvəsləndirməkdir.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 12.