«Mini
Azərbaycan» sərgisinə yaxın vaxtlarda
daha beş binanın maketi əlavə olunacaqdır
Heydər
Əliyev Mərkəzində açılmış və
ölkənin tarixi, eləcə də müasir memarlıq abidələrini nümayiş etdirən "Mini
Azərbaycan" sərgisinə yaxın vaxtlarda
daha beş binanın maketi əlavə olunacaqdır.
Mərkəzdən
AzərTAc-a bildirmişlər ki,
İçərişəhər, Bakı körfəzi,
"Bakı Ağ şəhər"
layihəsi, Qəbələ rayonundakı "Qafqaz
Riverside" mehmanxanası və
Bakıdakı Müqəddəs Məryəm katolik
kilsəsinin miniatür formaları ziyarətçilərin
ixtiyarına veriləcəkdir.
Heydər
Əliyev Mərkəzinin "Mini Azərbaycan"
layihəsi Azərbaycanın tarixi və mədəniyyətinin,
memarlığının tanıdılması, təbliği
məqsədi daşıyır. Mayın 10-dan açılan
sərgidə hazırda paytaxt Bakı və
müxtəlif bölgələrdən seçilmiş
45 tarixi və müasir
memarlıq incisinin maketi
nümayiş olunur. "Mini Azərbaycan" sərgisində
Möminə Xatun türbəsindən
Hökumət evinədək, Şuşa
məscidindən Pravoslav kilsəsi, Sinaqoqa kimi, Qoşa Qala qapısından
Dövlət Bayrağı meydanına, keçmiş
İsmailiyyə binasından (AMEA-nın Rəyasət Heyəti)
"Flame Towers"
kompleksinə qədər müxtəlif dövrlərdə
və fərqli üslublarda
ucaldılmış tikililər bir araya gətirilmişdir.
Sərgidə
həmçinin hazırda inşa edilməkdə
olan layihələrin - Quba
Soyqırımı Memorial Kompleksi,
Şahdağ Qış-Yay Turizm Kompleksi, Xəzər
Dəniz Su Pavilyonu,
Xocalı Soyqırımı Memorial Kompleksinin maketləri də yer
almışdır.
Ziyarətçilərə
hər bir binanın tarixi,
memarlıq üslubu barədə məlumatları,
maraqlı faktları öyrənmək və qısa zaman kəsiyində bütün
Azərbaycana səyahət etmək imkanı yaradılır.
Azərbaycan. - 2013.- 29 avqust.- S. 12.