Sabirabad şəhərində ümummilli lider Heydər Əliyevin
abidəsini ziyarət
Azərbaycan Prezidenti
İlham Əliyevin Sabirabad, Saatlı və Ağcabədi rayonlarına səfəri
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da Sabirabad rayonuna səfərə gəlmişdir.
Dövlət başçısı
xalqımızın ümummilli lideri Heydər Əliyevin
Sabirabad şəhərinin mərkəzi meydanındakı
abidəsi önünə gül dəstəsi qoydu.
Sabirabad Rayon İcra Hakimiyyətinin
başçısı Nazim İsmayılov Prezident İlham Əliyevə
meydanda aparılan abadlıq işləri barədə məlumat
verdi.
Bildirildi ki, tamamilə yenidən qurulan
meydanın ərazisi 8,5 min kvadratmetrdir. Burada dörd fəvvarə
quraşdırılmış, müasir işıqlandırma
sistemi yaradılmışdır. Meydanın
ərazisində Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatı
üçün inzibati bina inşa edilmiş, rayon icra hakimiyyətinin,
mədəniyyət evinin və digər dövlət idarələrinin
binalarının fasadları yenidən qurulmuşdur. Burada geniş yaşıllaşdırma işləri
görülmüş, müxtəlif gül kolları və
həmişəyaşıl ağaclar əkilmiş,
oturacaqlar qoyulmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 1.