Yenidən qurulan Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun
Hacıqabul-Sabirabad hissəsi istifadəyə verilmişdir
Avqustun 29-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yenidən qurulan
Hacıqabul-Bəhrəmtəpə avtomobil
yolunun Hacıqabul-Sabirabad hissəsinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısı Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun, o cümlədən yolun
Hacıqabul-Sabirabad hissəsinin sxemini, eləcə
də tikintidən əvvəlki, tikinti
işlərinin gedişini və
hazırkı vəziyyətini əks etdirən stendlərə
baxdı.
Nəqliyyat naziri Ziya Məmmədov Azərbaycan
Prezidentinə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun yenidən
qurulması layihəsi barədə məlumat verdi.
Bildirildi ki, bu layihə üzrə Azərbaycan
Respublikası hökuməti ilə Dünya
Bankı arasında 2009-cu il iyulun 28-də borc sazişi imzalanmışdır. Saziş Nazirlər Kabinetinin
2009-cu il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmişdir. Borc
sazişində 112,5 kilometr uzunluğunda Hacıqabul-Bəhrəmtəpə
avtomobil yolunun yenidən qurulması və bu yolun Kür
çayı ilə kəsişməsində yeni
körpünün tikintisi
nəzərdə tutulmuşdur. Həmin
layihə üzrə Nəqliyyat Nazirliyinin
"Azəryolsevis" Açıq Səhmdar Cəmiyyətində
beynəlxalq rəqabətli tender keçirilmiş və Türkiyənin "Kolin" şirkəti ilə 2011-ci il mayın 17-də 196,96 milyon
manat dəyərində podrat
müqaviləsi imzalanmışdır. Tikintiyə texniki nəzarəti İtaliyanın "Engineering" firması həyata keçirir.
Qeyd edildi
ki, yolun ümumi uzunluğu 50 kilometr olan
Hacıqabul-Sabirabad hissəsinin tikintisi
artıq başa
çatdırılmışdır. Ümumi
eni 15 metr olan yol ikizolaqlıdır.
Yolun hər iki hərəkət
hissəsinin və yol çiyninin
eni 3,75 metrdir.
Diqqətə
çatdırıldı ki, ümumilikdə
müqavilə çərçivəsində yol üzərində 4 körpünün,
5 piyada keçidinin,
68 suötürücü borunun,
26 avtobus dayanacağının
inşası nəzərdə tutulmuşdur.
Dövlət
başçısına yolun Sabirabad-Bərhəmtəpə
hissəsi barədə də ətraflı məlumat verildi. Bildirildi ki, uzunluğu 62,5 kilometr olan bu
hissədə yeddi körpüdən
üçündə yenidənqurma işləri başa çatdırılmış, üç körpüdə işlər 60 faiz tamamlanmış, bir
körpüdə isə tikinti-quraşdırma işlərinə
başlanmışdır. Bu hissə
üzrə tikinti-quraşdırma işlərinin dəyəri
110,06 milyon manatdır. Ümumilikdə, yolun bu hissəsində
işlərin 60 faizi yerinə yetirilmişdir. Tikinti-quraşdırma işlərinin
2014-cü ilin mayında tamamlanması
planlaşdırılır. Layihə üzrə yolun bu hissəsinin də ümumi eni 15 metrdir. Müqavilə çərçivəsində
7 körpünün, bir
piyada keçidinin,
112 suötürücü borunun
və 28 avtobus dayanacağının
inşası nəzərdə tutulmuşdur.
Prezident İlham Əliyev yolun rəmzi açılışını
bildirən lenti kəsdi.
* * *
Sonra dövlət başçısı İlham
Əliyev Sabirabadda Kür çayı üzərində körpünün
açılışını etmiş, Saatlı və Ağcabədi rayonlarında səfərdə
olmuşdur.
(Körpünün açılışından, Saatlı
və Ağcabədi rayonlarına səfərlərdən
geniş hesabat qəzetin növbəti nömrəsində dərc
ediləcəkdir).
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 2.