Sabirabadda müasir
istixana kompleksi fəaliyyətə
başlamışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Sabirabadda müasir
istixana kompleksinin
açılışında iştirak etmişdir.
Dövlət
başçısına məlumat verildi ki, Sabirabad rayonunun
Kürkəndi kəndində inşa olunan kompleksin illik istehsal gücü 1,3 min tondur. Ərazisi
3,2 hektar olan istixana kompleksinin tikilməsinə 2,6 milyon manat investisiya qoyulmuşdur. Bu layihənin
həyata keçirilməsinə
sahibkarın vəsaiti
ilə yanaşı, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa
Kömək Milli Fondu tərəfindən də güzəştli kredit verilmişdir. İstixana kompleksi Hollandiya, İtaliya və Türkiyənin texnologiyaları
əsasında qurulmuş,
tam avtomatlaşdırılmış iqlim kontrol sistemləri,
istilik-mühafizə pərdələri,
havalandırma və suvarma sistemləri ilə təchiz edilmişdir. Müasir texnologiyaların
tətbiqi nəticəsində
istehsal prosesində enerji xərclərinə qənaət edilir ki, bu da
yetişdirilən tərəvəz
məhsullarının maya
dəyərinin aşağı
olmasına və bazara rəqabətədavamlı
məhsul çıxarılmasına
imkan verir. Kompleksdə ilkin olaraq faraş
pomidor əkilməsinə
başlanılmışdır. Yaxın zamanlarda 4 hektar sahəsi olan istixana və emal sahəsinin tikintisinə başlanacaqdır.
Bildirildi ki, burada
şitillərin tozlandırılması
xüsusi işçi
arılar vasitəsi ilə həyata keçirilir ki, nəticədə yüksək
məhsuldarlıq əldə
olunur. İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarından istifadə
olunur. Məhsulların itkisiz və
qısa müddətdə
istehlakçılara çatdırılması
məqsədi ilə xüsusi nəqliyyat vasitələri alınmışdır.
İstehsal olunan tərəvəz
məhsullarının daxili
bazarla yanaşı, xarici ölkələrə
də ixracı nəzərdə tutulur.
Kompleksdə məhsulların qablaşdırılması istehsal
olunan tərəvəzin
keyfiyyətini itirmədən
istehlakçılara çatdırılmasına
imkan verir. Layihələrin icrası
nəticəsində 55 nəfər
yeni iş yerləri ilə təmin olunmuşdur.
Sonra Azərbaycan Prezidenti kompleksin inkişaf planı və Sahibkarlığa Kömək Milli Fondu tərəfindən maliyyələşdirilmiş istixana
komplekslərinə dair
stendlərə baxdı.
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək
Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev dövlətimizin başçısına
tərəvəz istehsalı
və istixana təsərrüfatları barədə
məlumat verdi.
Qeyd edildi
ki, ötən il 1,2 milyon ton tərəvəz, o cümlədən
472 min ton pomidor, 210 min tondan
çox xiyar istehsal olunmuşdur. Tərəvəz üzrə özünü
təminetmə səviyyəsi
100 faizdir. Ötən
il tərəvəz ixracı 2003-cü ilə
nisbətən 4,7 dəfə
artaraq 55 min tona, o cümlədən faraş
pomidor ixracı 36 min tona, xiyar ixracı
isə 13 min tona çatmışdır. Eyni
zamanda, dövlət tərəfindən 88 hektar
ərazidə 148 istixanaya
52,3 milyon, o cümlədən
69 hektar ərazidə
27 müasir istixanaya
47,7 milyon manat güzəştli kredit verilmişdir. Dövlətin güzəştli kreditləri hesabına müasir istixana komplekslərinin yaradılması
bundan sonra da davam etdiriləcəkdir.
Bildirildi ki, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Sabirabad rayonu üzrə 261 sahibkara 8,7 milyon manat
güzəştli kredit
verilmişdir. Bu kreditlər
hesabına 1228 yeni iş yerinin yaradılması nəzərdə
tutulur.
Dövlət başçısı
hazır məhsullara və gübrələrə
baxdı.
Prezident İlham Əliyev istixana kompleksinin işçiləri
ilə söhbət etdi.
İşçi: Cənab Prezident, çox sağ olun ki, bizə
bu cür şərait yaratmısınız.
Bizə yollar çəkdirmisiniz,
idman kompleksi tikdirmisiniz, xəstəxanalar
açdırmısınız. Sizə sağ olun deyirik. Allah Sizə uzun ömür, cansağlığı
versin. İşlərinizdə uğurlar arzulayırıq.
Prezident İlham ƏLİYEV: Çox
sağ olun.
İşçi: Cənab Prezident, xoş gəlmisiniz. Mən bir şeyi xatırlatmaq
istəyirəm, ulu öndərimiz həmişə
deyərdi ki, Azərbaycan çox qüdrətli bir ölkə olacaqdır.
Biz bu gün məhz Sizin
rəhbərliyiniz altında
bu fikirlərin reallığa çevrilməsinin
canlı şahidiyik.
Buna görə də
çox sağ
olun, minnətdarıq.
Prezident İlham ƏLİYEV: Sağ
olun. Sabirabadda çox işlər
görülüb. Bildiyiniz kimi,
Olimpiya İdman Kompleksi, digər vacib obyektlər tikilib. Onların içində əlbəttə
ki, sənaye müəssisələrinin yaradılması
da xüsusi yer tutur. Həm
sizin üçün
iş yerləri yaradılır, həm yüksək maaş
verilir. Eyni zamanda, görürəm
ki, burada qadınlar işləyirlər.
Qadınlar üçün
də iş yerləri olmalıdır.
Müasir texnologiya əsasında qurulmuş müəssisələrdə işləmək
əlbəttə ki, çox xoşdur.
Burada neçə nəfər işləyir?
İşçi: 55 nəfər. İstixananın dörd hektar
ərazisi istifadəyə
veriləndən sonra
110 nəfərə çatacaqdır.
Prezident İlham ƏLİYEV: Əksəriyyəti
də qadınlardır.
Bura hələ genişlənəcəkdir.
Əlavə iş yerləri yaradılacaqdır.
Siz bu kənddə yaşayırsınız?
İşçi: Bəli, Bulaqlı kəndində.
Prezident İlham ƏLİYEV: Əvvəllər
işləyirdiniz?
İşçi: Xeyr.
Prezident İlham ƏLİYEV: Amma
indi işləyirsiniz.
Gözəl işdir. Şərait də yaxşıdır.
Burada fəhlələrə yaxşı
xidmət göstərilir.
Maaş nə qədərdir?
İşçi: 320 manat. Yeməyimizi də verirlər.
Şəraitimiz yaxşıdır. Allah Sizə ömür
versin.
Prezident İlham ƏLİYEV: Sağ
olun.
* * *
Sonda xatirə
şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 2.