Azərbaycan Prezidenti İlham Əliyev
Lyublyana şəhərinin meri başda olmaqla Sloveniyanın müdafiə, iqtisadi inkişaf və texnologiyalar nazirlərinin daxil
olduğu nümayəndə heyətini qəbul
etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun 29-da
Lyublyana şəhərinin meri Zoran Yankoviç
başda olmaqla
Sloveniyanın müdafiə naziri Roman Yakiçin və iqtisadi inkişaf və texnologiyalar naziri Stanko Stepişnikin daxil olduğu nümayəndə
heyətini qəbul etmişdir.
Dövlət
başçısı Sloveniya
Respublikasına səfərini məmnunluqla xatırladı. Prezident İlham Əliyev Sloveniya nümayəndə heyətinin Azərbaycana
səfərinin uğurlu olacağına və
bu səfərin ölkəmizlə
yaxından tanış olmaq üçün yaxşı imkan
yaradacağına ümidvar olduğunu bildirdi.
Lyublyana şəhərinin meri Zoran Yankoviç
paytaxtımızda gedən sürətli inkişaf
proseslərinin onlarda dərin təəssürat
yaratdığını dedi. O, Prezident İlham Əliyevin
Sloveniyaya uğurlu səfərinin
ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi
baxımından önəmini qeyd etdi.
Görüşdə
Azərbaycan ilə Sloveniya arasında ikitərəfli
əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi,
iqtisadi, ticarət, informasiya-kommunikasiya
texnologiyaları, sərmayə qoyuluşu,
turizm və digər sahələrdə daha da genişləndirilməsi
ilə bağlı məsələlər ətrafında fikir
mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan. - 2013.- 30 avqust.- S. 3.