Səhiyyə
müəssisələrində çalışan
işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq səhiyyə müəssisələrində
çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən
səhiyyə müəssisələrində
çalışan işçilərin
Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş
aylıq vəzifə
(tarif) maaşları
2013-cü il sentyabrın 1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 30 avqust.- S. 3.