Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 434 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə"yə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 12 sentyabr tarixli 579 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir xərclər proqramının (büdcəsinin) tərtibi icrası Qaydaları"na müvafiq olaraq Azərbaycan Respublikasının Dövlət Neft Fondu tərəfindən Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası ilə bağlı hesabat təqdim edilmişdir.  Həmin hesabata dair Dövlət Neft Fondunun Müşahidə Şurasının rəyini Dövlət Neft Fondunun maliyyə fəaliyyətinin nüfuzlu beynəlxalq auditor təşkilatı tərəfindən keçirilmiş auditinin nəticələrini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2012-ci il büdcəsinin icrası gəlirlər 13 674 070,1 min manat, xərclər  10 573 605,8 min manat ya Dövlət Neft Fondunun 2012-ci il büdcəsində nəzərdə tutulana nisbətən gəlirlər üzrə 99,7%,  xərclər üzrə 98,4% səviyyəsində olmaqla aşağıdakı kimi təsdiq edilsin:

 

 

 

Sıra N-si

Göstəricilər

min manatla

 

 

Gəlirlər, cəmi:

 

 

13 674 070,1

 

 

o cümlədən:

 

1.

Azərbaycan Respublikasının pa­yına düşən karbohidrogenlərin sa­tışından əldə edilən xalis gə­lir­lər (karbohidrogenlərin nəql edil­mə­si üzrə məsrəflər, bank, göm­rük rəsmiləşdirilməsi, müstəqil nə­zarət (sörveyer), marketinq sı­ğorta xərcləri çıxılmaq şərti ilə, ha­belə Azərbaycan Respublikası Döv­lət Neft Şirkətinin sər­ma­yə­çi­ləri, payçısı ya tərəfdaşı ol­du­ğu layihələrdə onun sər­ma­yə­si­nə ya iştirak payına düşən gə­lirlər istisna olmaqla)

 

 

 

 

13 117 354,6

 

2.

Karbohidrogen ehtiyatlarının iş­lən­məsi ilə əlaqədar sərmayəçilər tə­rəfindən müqavilə sahəsindən is­tifadə üçün ödənilən akrhesabı ödə­nişlər

 

 

3 008,1

 

3.

Neftin qazın Azərbaycan Res­pub­likasının ərazisi ilə ötü­rül­mə­sin­dən əldə edilən gəlirlər

 

7 890,8

 

4.

Neft-qaz sazişlərinin imzalanması ya icrası ilə bağlı Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə ya səlahiyyətli dövlət orqanına sərmayəçilər tərəfindən ödənilən bonuslar (mükafatlar)

 

1 572,6

 

5.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər

 

543 992,1

 

6.

Digər gəlirlər daxilolmalar

251,9

 

 

Xərclər, cəmi:

 

 

10 573 605,8

 

 

o cümlədən:

 

1.

Qaçqınların məcburi köç­kün­lərin sosial-məişət məs­kun­laş­ma məsələləri ilə bağlı bəzi təd­bir­lərin maliyyələşdirilməsi

 

299 982,0

 

2.

Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinə trans­fert

 

9 905 000,0

 

3.

Samur-Abşeron suvarma sis­te­mi­nin yenidən qurulması la­yi­hə­si­nin maliyyələşdirilməsi

 

199 997,1

 

4.

Bakı-Tbilisi-Qars yeni dəmir yo­lu layihəsinin ma­liy­yə­ləş­di­ril­məsi

 

119 027,6

 

5.

2007-2015-ci illərdə Azərbaycan gənc­lərinin xarici ölkələrdə təh­si­li üzrə Dövlət proqramının ma­liy­yələşdirilməsi

 

19 977,3

 

6.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər

 

29 621,8

 

 

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.-  30 avqust.- S. 3.