«Milli arxiv fondu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq "Milli arxiv fondu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2013-cü il 31 may tarixli 667-IVQD nömrəli qanununun tətbiqi ilə əlaqədar qərara alıram:

"Milli arxiv fondu haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 168 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 430; 2006, ¹ 8, maddə 435) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

 

1. üçüncü bənddə "axırıncı" sözü "dördüncü" sözü ilə əvəz edilsin;

 

2. üçüncüdördüncü bəndlərdə "Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsi" sözləri "Milli Arxiv İdarəsi" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 28 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.-  30 avqust.- S. 3.