Milli Qeyri-Hökumət
Təşkilatları Forumunun seçki koalisiyası əhalinin
seçki fəallığının artırılması ilə
bağlı ilk tədbirini Ağdaşda keçirmişdir
Avqustun 29-da
Ağdaş rayon bələdiyyəsində Milli Qeyri-Hökumət
Təşkilatları Forumu (MQF) seçki koalisiyasının
təşkilatçılığı ilə seçki
maarifçiliyi, əhalinin seçki fəallığının
artırılması, seçki hüququ ilə bağlı
ilk tədbir keçirilmişdir.
Milli QHT
Forumunun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər
ki, seçki müşahidəçilərinin,
siyasi partiyaların, bələdiyyələrin, QHT nümayəndələrinin
iştirak etdikləri tədbirdə koalisiyasının təmsilçiləri
MQF-nin prezidenti Rauf Zeyni, Beynəlxalq Avrasiya Mətbuat Forumunun
rəhbəri Umud Mirzəyev, Müstəqil Elmi-Praktik
Hüquq Mərkəzinin sədri Aydın Kərimov, "Milli
Qəhrəmanların Təbliğinə Dəstək"
İctimai Birliyinin sədri Mirbəşir Seyidzadə və başqaları seçki
münasibətləri, seçki hüququ, seçki
qanunvericiliyi, seçki prosesində vətəndaş cəmiyyəti
institutlarının iştirakı mexanizmi və s. haqqında
məlumat vermiş, iştirakçıların
suallarını cavablandırmışlar.
İştirakçıların
suallarına cavab olaraq MQF seçki koalisiyasının
nümayəndələri son illər ərzində ölkəmizin
inkişafı, beynəlxalq aləmdə nüfuzunun
artması, regionda qüdrətli dövlətə çevrilməsi,
"Azərbaycan 2020: gələcəyə baxış"
İnkişaf Konsepsiyası çərçivəsində vətəndaş
cəmiyyətinin inkişafı, QHT-lərə Dövlət
Dəstəyi Konsepsiyasının və Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının
yaradılması, regionlarda vətəndaş cəmiyyətinin
inkişafı və s. məsələlərlə əlaqədar
son illərdə əldə olunan nailiyyətlər barədə
rayon ictimaiyyətinə məlumat vermişlər.
Tədbirin
sonunda MQF-nin seçki koalisiyası seçiciləri bu il oktyabrın 9-da keçiriləcək
prezident seçkilərində fəal iştirak etməyə
çağırmışdır. "2013-cü ildə Azərbaycan
Respublikasında keçiriləcək prezident seçkiləri
ilə bağlı regionlarda və Bakı şəhərində
əhalinin maarifləndirilməsi ilə bağlı tədbirlərin
həyata keçirilməsi" layihəsi Azərbaycan
Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi
ilə Milli QHT Forumunun seçki koalisiyası tərəfindən
icra edilir.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 7.