Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Qəbələdə vətəndaşları qəbul etmişdir

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu keçirir, onların müxtəlif problemlərinin həllinə kömək edirlər. Növbəti belə qəbul avqustun 29-da Qəbələ Şəhər Mədəniyyət Mərkəzində keçirilmişdir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Şəki, Zaqatala, Qax, Balakən, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edərək onların şikayət və təkliflərini dinləmişdir.

Müraciətlərin əksəriyyəti ailələri daha çox narahat edən məsələlər, xüsusilə qızların təhsildən yayınmaları, erkən nikah və boşanmaların yaratdığı problemlər, qadın sahibkarlara dəstək məsələləri ilə bağlı olmuşdur. İşlə təminat, alimentlərin ödənilməsindəki çətinliklər və digər məsələlərlə bağlı müraciətlər də dinlənilmişdir.

Qəbul zamanı bir çox şikayətlər yerindəcə həllini tapmışdır. Bəzi vətəndaşların komitənin səlahiyyətlərinə aid olmayan müraciətləri isə müvafiq dövlət qurumlarına çatdırılmaq üçün qeydiyyata götürülmüşdür. Vətəndaşlar onlar üçün yaradılmış şəraitdən razılıqlarını bildirmişlər.

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 8.