Mədəniyyət və turizm naziri Cəlilabad şəhərində, iqtisadi inkişaf naziri Xızıda vətəndaşları qəbul edəcəklər

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 6-da saat 11:00-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran, Cəlilabad, Astara, Lerik, Masallı, Yardımlı, Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayonlarından olan vətəndaşların qəbulunu keçirəcəkdir.

Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən  AzərTAc-a bildirmişlər ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az  elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların, həmçinin yuxarıda qeyd olunmuş rayonların mədəniyyət və turizm şöbələri ilə (şənbə və bazar günləri də daxil olmaqla) əlaqə saxlamaları xahiş olunur.

 

* * *

 

Sentyabrın 7-də iqtisadi inkişaf naziri Şahin Mustafayev Xızı şəhərində Sumqayıt, Abşeron, Xızı, Şuşa, Qubadlı və Zəngilandan olan vətəndaşları qəbul edəcəkdir.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, vətəndaşların qəbulu saat 10-dan etibarən Heydər Əliyev Mərkəzində (Xızı şəhəri, H.Əliyev prospekti, 42) təşkil olunacaqdır. Qəbula gəlmək istəyənlər İqtisadi İnkişaf Nazirliyinin office@economy.gov.az elektron poçt ünvanı və 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar, 195-2 Telefon Məlumat Mərkəzi, həmçinin Nazirliyin Abşeron regional bölməsi (Ünvan: Sumqayıt şəhəri, 18-ci məhəllə, bina 4/12, əlaqə telefonu: (018) 65-4-42-23, (050/055) 235-01-81, elektron poçt ünvanı ramalahmedov@rambler.ru) vasitəsilə müraciət edə bilərlər.

Vətəndaşlar İqtisadi İnkişaf Nazirliyinin rəsmi internet və facebook səhifələrində xüsusi olaraq yaradılmış "İqtisadi inkişaf nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət" bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 8.