«Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin seçilmiş
nitqləri 2003-2013» kitabının Çin
dilində nəşrinin Pekində keçirilmiş
təqdimat mərasimi Türkiyə KİV-də geniş
işıqlandırılmışdır
Xəbər
verdiyimiz kimi, Azərbaycan
Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM)
və Azərbaycan Respublikasının Çin
Xalq Respublikasındakı (ÇXR) səfirliyinin
təşkilatçılığı ilə Pekinin Dünya Mədəniyyət
Mərkəzində "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
seçilmiş nitqləri 2003-2013"
kitabının Çin dilində nəşrinin
təqdimat mərasimi keçirilmişdir.
SAM-dan AzərTAc-a
bildirmişlər ki, bir
çox nüfuzlu
şəxslərin - hökumət nümayəndələrinin,
elm xadimlərinin, iş
adamlarının, kütləvi informasiya
vasitələri rəhbərlərinin, Rusiya
və Qırğızıstanın bu
ölkədəki səfirlərinin, Türkiyə, Venesuela, Moldova və Ukraynadan olan diplomatların iştirak etdikləri tədbir yerli
və beynəlxalq KİV-də geniş
işıqlandırılmışdır.
Təqdimat mərasimi
və kitabla bağlı Türkiyə qəzet
və xəbər portallarında da
çoxsaylı materiallar dərc olunmuş, həmçinin tədbirdən bəhs
edən videoçarx yerləşdirilmişdir.
"Zaman" qəzetinin və
"Ekovitrin" jurnalının
saytlarında, "Haber3", "Fokushaber",
"Haberler" və digər xəbər
portallarında "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin
seçilmiş nitqləri 2003-2013"
kitabının Çin dilində nəşrinin
əhəmiyyətindən, təqdimat mərasiminin diqqətçəkən
məqamlarından bəhs olunur. Qeyd edilir ki,
tədbirə qatılan çinli rəsmilər
Prezident İlham Əliyevin
rəhbərliyi ilə qazanılan uğurları təqdir etmiş, kitabın Azərbaycanın
tanınmasına dəstək olacağını demişlər.
Dərc
olunan materiallarda
Çində keçirilən təqdimat mərasiminin maraqla qarşılanması, tədbirdə bu ölkənin rəsmi şəxslərinin,
elm xadimlərinin, iş
adamlarının, yerli KİV rəhbərlərinin
və müxtəlif ölkələrdən olan
diplomatların iştirak etməsi xüsusi vurğulanır. Eyni zamanda, Azərbaycanın Çindəki səfiri
Lətif Qəndilovun və SAM-ın direktoru
Fərhad Məmmədovun ölkəmizin keçdiyi
inkişaf yolundan və
Prezident İlham Əliyevin
dövründə qazanılan uğurlardan
ətraflı söz açdıqları
bildirilir.
"Zaman" qəzetinin saytında qeyd olunur ki,
kitabla bağlı Türkiyənin "Cihan" xəbər agentliyinə müsahibə
verən səfir Lətif Qəndilov Azərbaycan ilə
bağlı həqiqətlərin çinli
oxuculara çatdırılması üçün belə bir
layihə həyata keçirdiklərini demişdir. Səfir Azərbaycanın
müxtəlif sahələrdə qazandığı uğurlardan danışaraq bildirmişdir
ki, bu uğurlar
Prezident İlham Əliyevin
son on ildə həyata
keçirdiyi praqmatik
siyasətin başlıca yekunudur. Bu baxımdan kitab çinli oxucular üçün faydalı olacaq,
onlara Azərbaycanı daha
yaxından tanımaq, ölkəmizin keçdiyi
inkişaf yolu ilə
bilavasitə tanış olmaq imkanı
yaradacaqdır.
"Haberler" portalı isə diqqətə
çatdırır ki, son
iki ildə Çin
dilində bir sıra layihələr
üzərində çalışdıqları barədə
məlumat verən F.Məmmədov təqdimatı keçirilən
kitabın ölkəmizin daxili və xarici siyasətinin Çində təbliğinə
yardımçı olacağını söyləmişdir. Onun
sözlərinə görə, Azərbaycanla bağlı Çin dilində yetərincə mənbə
olmadığından, bu boşluğu
doldurmaq üçün
belə böyük bir
layihə həyata keçirilmişdir.
Türkiyə
KİV-də yayılan materiallarda belə
bir fikir xüsusi vurğulanır ki,
Azərbaycan Prezidenti İlham
Əliyevin fəaliyyəti ilk növbədə
dövlət müstəqilliyinin qorunub
saxlanmasına və möhkəmləndirilməsinə
yönəlmişdir. Çin dilində nəşr
olunan bu kitab çinli
oxucuların müstəqil
Azərbaycanı və Prezident İlham Əliyevi tanımasına kömək
edəcəkdir.
Haqqında
söhbət gedən xəbərləri
aşağıdakı linklər vasitəsilə əldə
etmək mümkündür:
http://www.zaman.com.tr/dunya_azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel_2125138.html
http://www.ekovitrin.com/dunya/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel-h40311.html
http://www.haberimport.com/haber/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-ozel-272269.htm
http://www.eurovizyon.co.uk/dunya/ilham-aliyevin-kitabi-cince-yayinlandi-h23050.html
http://www.focushaber.com/fotogaleri/aliyev-in-kitabi-cinceye-cevrildi-g-20286
http://www.haber3.com/azerbaycan-cumhurbaskani-aliyevin-kitabi-cinceye-cevrildi-haberi-2160307h.htm
http://www.haberler.com/azerbaycan-cumhurbaskani-aliyev-in-kitabi-cinceye-4986597-haberi/
Azərbaycan.
- 2013.- 30 avqust.- S.3.