ATƏT-in Demokratik
Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri
müşahidə missiyasının üzvləri Mərkəzi
Seçki Komissiyasında olmuşlar
Avqustun 29-da ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun
(DTİHB) seçkiləri müşahidə
missiyasının rəhbəri Tana de Zulueta və
missiyanın üzvləri Mərkəzi Seçki
Komissiyasında (MSK) olmuşlar.
MSK-dan AzərTAc-a
bildirmişlər ki, komissiyanın sədri Məzahir Pənahov
görüşdə müşahidə missiyasını Azərbaycanda
görməkdən məmnunluq duyduğunu bildirmiş və
seçkilərin nəticələrinin qiymətləndirilməsi
baxımından müşahidəçilərin fəaliyyətinə
xüsusi əhəmiyyət verdiyini söyləmişdir.
Tana de Zulueta səmimi
qəbula görə təşəkkürünü
bildirmiş və qeyd etmişdir ki, həm
seçkiqabağı vəziyyətin, həm də səsvermə
gününün müşahidəsini aparacaqlar. O,
oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərinə hazırlıqla bağlı
görülən işlər barədə MSK sədrinin ətraflı
məlumat verməsini xahiş etmiş, komissiyanın maarifləndirmə
proqramı, Azərbaycanda müşahidəçiliyin prinsipləri
və digər məsələlər barədə suallar
vermişdir. M.Pənahov seçkilərin hazırlanıb
keçirilməsi ilə bağlı komissiyanın fəaliyyəti,
həyata keçirdiyi tədbirlər barədə ətraflı
məlumat vermiş, qonaqların suallarını
cavablandırmışdır.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 6.