Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün yaradılmış şərait müzakirə edilmişdir

 

Avqustun 29-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyasının rəhbəri xanım Tana de Zuluetonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə oktyabrda Azərbaycanda keçiriləcək prezident seçkiləri öncəsi vəziyyət, beynəlxalq və yerli müşahidəçilər üçün yaradılmış şərait müzakirə edilmişdir.

Nazir Elmar Məmmədyarov ATƏT-in Seçki Müşahidə Missiyasının fəaliyyəti üçün Azərbaycan hökuməti tərəfindən lazımi şəraitin yaradıldığını və ölkəsinin missiya ilə əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Xanım Tana de Zulueto Azərbaycanda keçiriləcək prezident seçkilərinin monitorinq proqramı və müşahidə missiyasının tərkibi, eləcə də qısa və uzunmüddətli missiyalar haqqında məlumat vermişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 6.