Mərkəzi
Seçki Komissiyasının növbəti iclası
keçirilmişdir
Avqustun 29-da Məzahir
Pənahovun sədrliyi ilə Mərkəzi Seçki
Komissiyasının (MSK) növbəti iclası keçirilmişdir. Mərkəzi
Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr
şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə
MSK-nın 27 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq
edilmişdir.
Sonra 2013-cü
il oktyabrın 9-na təyin edilmiş Azərbaycan
Respublikası Prezidentinin seçkilərində namizədliyi
"Demokratik Qüvvələrin Milli Şurası" seçicilərinin
təşəbbüs qrupu tərəfindən irəli
sürülmüş Cəmil Poladxan oğlu Həsənlinin
namizədliyinin təsdiq olunması məsələsinə
baxılmışdır. Komissiya həmin şəxsin namizədliyinin
təsdiq olunması barədə qərar qəbul etmişdir.
Gülağa
Aslanlı, Kərimxan Zeynalov, Şahin Həsənov və
Gözəl Bayramlı Cəmil Həsənlinin səlahiyyətli
nümayəndələri kimi qeydə alınmışlar.
İclasda səsvermənin
yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına
dair bildirişlərin mətni, forması və hazırlanma
qaydası təsdiq edilmiş və 5.150.000 ədəd
bildirişin çap olunması qərara
alınmışdır.
MSK "Mərkəzi
Seçki Komissiyası nəzdində Mətbuat qrupunun yeni tərkibdə
formalaşdırılması barədə" 2008-ci il 4
sentyabr tarixli qərarına dəyişiklik edilməsinə
dair məsələyə də baxmışdır.
"Trend" İnformasiya Agentliyinin, "Kaspi" və
"Gündəlik teleqraf" qəzetləri rəhbərlərinin
müraciətləri nəzərə alınaraq həmin
media orqanlarının nümayəndələri də daxil
edilməklə qrupun tərkibində dəyişiklik barədə
qərar çıxarılmışdır.
İclasda cari
məsələlərə də baxılmışdır. MSK-nın
iclasında beynəlxalq qurumların təmsilçiləri və
kütləvi informasiya vasitələrinin nümayəndələri
iştirak etmişlər.
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 7.