2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi «Demokratik Qüvvələrin Milli Şurası» seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Poladxan oğlu Həsənlinin namizədliyinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı

 

Qərar ¹ 21/121

 

 

"Demokratik Qüvvələrin Milli Şurası" adlı seçicilərin təşəbbüs qrupunun 2013-cü il 23 avqust tarixli yığıncağının qərarı ilə 2013-cü il oktyabrın 9-da keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkilərində Cəmil Poladxan oğlu Həsənlinin namizədliyi irəli sürülmüşdür.

Namizədliyin irəli sürülməsinin təsdiq edilməsi üçün sənədlər 2013-cü il avqustun 24-də təşəbbüs qrupunun nümayəndəsi tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təqdim edilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası bununla əlaqədar qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada müvafiq araşdırma aparıb, irəli sürülmüş namizədliyin təsdiq edilməsi üçün əsasların olmasını müəyyən etmişdir.

Yuxarıda qeyd edilənləri əsas götürərək Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan Respublikası Konstitusiyasının 56 və 100-cü, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4, 19.14, 28.2, 28.4 və 53-cü maddələrinə əsasən qərara alır:

 

1. 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Poladxan oğlu Həsənlinin namizədliyi təsdiq edilsin.

 

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

 

 

Sədr        Məzahir Pənahov

 

Katib       Arifə Muxtarova

 

Katib       Mikayıl Rəhimov

 

 

29.08.2013

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 7.