2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində namizədliyi təsdiq
olunmuş Cəmil Poladxan oğlu Həsənlinin səlahiyyətli
nümayəndələrinin qeydə alınması
haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının Qərarı
Qərar
¹ 21/122
2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində Azərbaycan
Respublikasının Prezidentliyinə namizədliyi təsdiq
olunmuş Cəmil Poladxan oğlu Həsənli səlahiyyətli
nümayəndələr təyin etmiş və həmin
şəxslərin qeydə alınması üçün
müvafiq sənədləri Azərbaycan Respublikasının
Mərkəzi Seçki Komissiyasına təqdim etmişdir.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası
bununla əlaqədar qanunvericilikdə nəzərdə
tutulmuş müddətdə və qaydada müvafiq
araşdırma aparıb, həmin şəxslərin qeydə
alınması üçün əsasların olmasını
müəyyən etmişdir.
Yuxarıda qeyd
edilənləri əsas götürərək Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü və 53-cü maddələrinə
əsasən qərara alır:
1. 2013-cü il
oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası
Prezidentinin seçkilərində aşağıdakı
şəxslər namizədliyi təsdiq edilmiş Cəmil
Poladxan oğlu Həsənlinin səlahiyyətli nümayəndələri
kimi qeydə alınsınlar:
- Gülağa
Qulam oğlu Aslanlı
- Kərimxan
İldırım oğlu Zeynalov
- Şahin Malik
oğlu Həsənov
- Gözəl
Oruc qızı Bayramlı
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.08.2013
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 7.