Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində
fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində
dəyişiklik edilməsi barədə Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının Qərarı
Qərar
№ 21/124
Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının 25
iyul 2003-cü il tarixli 18/108 saylı Qərarı ilə
kütləvi informasiya vasitələrində
seçkiqabağı təşviqatın aparılması
üçün müəyyən edilmiş qaydalara riayət
etmək məqsədilə komissiyanın nəzdində Mətbuat
qrupu yaradılmışdır.
Seçkiqabağı
təşviqatın aparılmasında qanunvericiliyin tələblərinə
əməl edilməsinə nəzarət etmək məqsədi
ilə yaradılmış Mətbuat qrupunda fəaliyyət
göstərmək üçün bəzi kütləvi
informasiya vasitələri Azərbaycan Respublikasının Mərkəzi
Seçki Komissiyasına müraciət etmişdir. Bununla əlaqədar
həmin qrupun tərkibində müvafiq dəyişiklik edilməsi
zərurəti yaranmışdır.
Azərbaycan
Respublikasının Mərkəzi Seçki Komissiyası Azərbaycan
Respublikası Seçki Məcəlləsinin 19.4-cü,
19.14-cü, 28.2-ci, 28.4-cü, 74.5-ci maddələrinə və
"Kütləvi informasiya vasitələrində
seçkiqabağı (referendumqabağı) təşviqatın
aparılması qaydalarına əməl olunmasına nəzarət
üzrə Azərbaycan Respublikası Mərkəzi Seçki
Komissiyasının nəzdində Mətbuat qrupu haqqında Əsasnamə"nin
1.1-ci bəndinə əsasən qərara alır:
1. Azərbaycan
Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində
fəaliyyət göstərən Mətbuat qrupunun tərkibinə
"Trend" İnformasiya Agentliyinin, "Kaspi" və
"Gündəlik teleqraf" qəzetlərinin nümayəndələri
daxil edilməklə tərkibində dəyişiklik edilsin.
2. Qərar dərc
edildiyi gündən qüvvəyə minir.
Sədr Məzahir Pənahov
Katib Arifə Muxtarova
Katib Mikayıl Rəhimov
29.08.2013
Azərbaycan.
- 2013.- 30 avqust.- S. 7.