Saatlıda ulu öndər Heydər Əliyevin abidəsini
ziyarət
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Sabirabada səfərini başa çatdıraraq Saatlı rayonuna gəlmişdir.
Dövlət
başçısı əvvəlcə ümummilli
lider Heydər Əliyevin Saatlı şəhərinin
mərkəzində ucaldılmış abidəsi önünə
gül dəstəsi qoydu.
Saatlı
Rayon İcra Hakimiyyətinin
başçısı Siraqəddin Cabbarov
Prezident İlham
Əliyevə məlumat verdi ki, abidənin yerləşdiyi Heydər Əliyev
parkında genişmiqyaslı abadlıq işləri görülmüş, yeni
yaşıllıq zolaqları salınmış, fəvvarələr
quraşdırılmışdır. Ümumi
sahəsi 5,6 hektar olan
parkda
rayon sakinlərinin və qonaqların
istirahəti üçün hər cür şərait
yaradılmışdır.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 2.