Prezident İlham
Əliyev Saatlıda Bayraq Meydanı və
Muzeyi ilə tanış olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Saatlıda Bayraq Meydanı və Muzeyi ilə tanış olmuşdur.
Məlumat verildi ki, Bayraq
Meydanı Saatlı rayonundan olan şəhidlərin barelyeflərini əks
etdirən "Şəhidlər" və 31 Mart
- Azərbaycanlıların Soyqırımı abidələrinin
ərazisi ilə birləşdirilərək ümumi
kompleks şəklində yaradılmaqla iki hektar sahəni əhatə
edir. Bayraq
Meydanının inşasına bu il mayın 10-da başlanılmış,
qısa zamanda başa
çatdırılmışdır.
Şəhərin
giriş hissəsində yerləşən
meydanda 82 metr
hündürlüyündə bayraq dirəyi
ucaldılmış, uzunluğu 24, eni 12 metr olan
dövlət bayrağı asılmışdır. Kompleksin ərazisində
qurulan iki metr hündürlüyündəki dörd postamentin üzərində
Azərbaycanın metaldan tökülən
xəritəsi, dövlət gerbi, ulu öndər Heydər Əliyevin dövlət
müstəqilliyi barədə sözləri və Azərbaycanın
dövlət himninin mətni həkk
olunmuşdur. Meydanın ətrafında orta əsrlərin memarlıq ənənələrinə
uyğun qala tipli daş hasarlar, eləcə də tağşəkilli
hasarlar hörülmüşdür.
Üç qədim qala
qapısı da meydana
xüsusi gözəllik verir.
Meydanda orta əsrlər
Azərbaycan əsgərinin tökmə materiallardan
beş heykəli
yaradılmışdır. Heykəllərdən üçü qala
divarları üzərində, ikisi isə
meydan ərazisində qoyulmuşdur.
Bildirildi ki, Bayraq Meydanının ərazisində
abadlıq və yaşıllaşdırma işləri
aparılmış, müasir
işıqlandırma sistemi, iki fəvvarə
quraşdırılmışdır.
Prezident İlham
Əliyev Bayraq Meydanının ərazisində
yaradılan Bayraq Muzeyi
ilə də tanış oldu.
Ümumi sahəsi 124 kvadratmetr olan Bayraq Muzeyinin aypara şəkilli binası sərgi və iki köməkçi otaqdan
ibarətdir. Muzeyin "Azərbaycanın tarixi dövlətləri" adlı bölməsi
Manna dövlətindən başlayaraq
Azərbaycan Xalq Cümhuriyyətinədək
olan dövrü əhatə
edir. Digər bölmədə Dədə
Qorqud, Aristotel, Şah İsmayıl Xətai, Şeyx
Məhəmməd Xiyabani, Hüseyn
Cavid və Mikayıl Müşfiqin
dövlət, dövlətçilik, bayraq
haqqında kəlamları yer
almışdır. Papirus formasında açılmış 5 hissədən
ibarət bölmədə Azərbaycanda mövcud
olmuş tarixi dövlətlər
və onların rəhbərləri, dünya
mədəniyyətinin inkişafına töhfə vermiş və beynəlxalq miqyasda
tanınan mədəniyyət və incəsənət xadimlərimiz,
ziyalılarımız, Azərbaycan xanları, Azərbaycan Xalq Cümhuriyyətinin generallarının rəsmləri
yer almışdır. Ulu
öndər Heydər Əliyevə həsr olunan
bölmə isə "İstiqlal! Tam və mütləq Qələbə"
adlanır. Muzeyin divarlarında, həmçinin
ümummilli lider Heydər
Əliyevin dövlətçiliyimizlə bağlı tarixi kəlamları, bayraq
haqqında dediyi sözlər həkk edilmişdir.
Muzeyin sərgi
otağında Azərbaycanın dövlətçilik tarixində
və mədəniyyətində mühüm
rol oynayan dahilərin,
mütəfəkkirlərin, şairlərin də daxil olduğu 27 rəsm əsəri
yağlı boya ilə divar
üzərində işlənmişdir. Muzeydə, həmçinin
1918-1991-ci illərdə istifadə olunan
Azərbaycan bayraqları, müstəqil Azərbaycanın
ordenləri və onlar haqqında məlumatları
əks etdirən lövhə də vardır. Numizmatika bölməsində
isə eramızdan əvvəl III əsrdən başlayaraq xanlıqlar dövrünədək
istifadə edilən qədim sikkələr, XIX və XX əsrin
nadir eksponatları, Səfəvi dövləti,
Gəncə və Qarabağ
xanlıqlarının bayraq ucluqları,
XIX əsrə aid şəhərlərin
gerbləri nümayiş
olunur. Azərbaycan ərazisində mövcud olan qədim
dövlətləri və eləcə də xanlıqlar dövrünün bayraqları muzeyin
sərgi otağına xüsusi
yaraşıq verir.
Bayraq Meydanı və muzeylə
tanışlıqdan sonra Azərbaycan Prezidenti tapşırıq və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 2.