Saatlıda Qarayevkənd-Sımadakənd
avtomobil yolu
açılmışdır
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Saatlı rayonuna səfəri çərçivəsində
Qarayevkənd-Sımadakənd avtomobil yolunun açılışında iştirak etmişdir.
Son illər ölkəmizin
yol-nəqliyyat strukturunda əsaslı dəyişikliklər
baş vermişdir. Paytaxtın
və rayon mərkəzlərinin
küçə və yolları başdan-başa
abadlaşdırılır. Bu proses Saatlı rayonunda da geniş vüsət
almışdır. Rayonun Qarayevkənd-Sımadakənd
yerli əhəmiyyətli avtomobil
yolu müasir tələblər
səviyyəsində tamamilə yenidən qurulmuşdur.
Dövlət
başçısı avtomobil yolunun texniki göstəricilərini
əks etdirən stendlərə baxdı.
Bildirildi ki, uzun müddət təmir
işləri aparılmadığından yol
istismara yararsız vəziyyətə düşmüşdü. Azərbaycan Prezidentinin "Saatlı rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında" 2013-cü il 16 iyul tarixli Sərəncamına
əsasən, 44 min nəfərin
yaşadığı 17 məntəqəni birləşdirən
Qarayevkənd-Sımadakənd avtomobil yolunun tikintisi məqsədilə
ilkin olaraq 3,5 milyon manat vəsait
ayrılmışdı. Qısa müddətdə yenidən qurulan yol əhalinin
gediş-gəlişini xeyli
asanlaşdırmışdır. Yenidən qurulan bu yol
regionlara olan diqqəti
nümayiş etdirir və
ölkədə həyata keçirilən sosial
siyasətin bütün bölgələri
əhatə etdiyini göstərir.
Qeyd edildi
ki, yolun layihə-smeta
sənədləri "Azərnəqliyyatyoltikinti"
Açıq Səhmdar Cəmiyyəti tərəfindən
hazırlanmışdır. Avtomobil yolunun ümumi uzunluğu 21 kilometrdir.
Hazırda yolun 11 kilometrlik
hissəsi istifadəyə verilir. Müasir standartlar səviyyəsində
qurulan avtomobil yolunda 22 su keçidi
tikilmiş, 66 min kvadratmetr asfalt-beton örtüyü vurulmuşdur.
Yolun kənarında 250-yə yaxın siqnal dirəkləri
basdırılmışdır.
Prezident İlham
Əliyev yolun rəmzi
açılışını bildirən lenti
kəsdi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 3.