Ağcabədi
şəhərində ulu öndərin
abidəsini ziyarət
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Saatlıya səfərini başa
çatdıraraq Ağcabədi rayonuna gəlmişdir.
Dövlət
başçısı əvvəlcə ulu
öndər Heydər Əliyevin Ağcabədi şəhərinin
mərkəzində ucaldılmış abidəsi önünə
gül dəstəsi qoydu.
Ağcabədi
Rayon İcra Hakimiyyətinin
başçısı Şahin Məmmədov
Prezident İlham
Əliyevə məlumat verdi ki, Heydər Əliyev meydanı tamamilə
yenidən qurulmuşdur. Burada
abadlıq işləri aparılmış, 6,7 min
kvadratmetr əraziyə dekorativ
plitələr döşənmiş, qarşı hissədəki
hasar milli memarlıq üslubunda tikilmişdir.
İşıqlandırma sistemi də müasir standartlara uyğun yenidən qurulmuşdur.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 3.