Yeni Azərbaycan Partiyası
Ağcabədi rayon təşkilatının
yeni inzibati
binasının açılışı olmuşdur
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Yeni Azərbaycan Partiyası Ağcabədi
rayon təşkilatının yeni inzibati binasının
açılışında iştirak etmişdir.
Dövlət
başçısı binanın rəmzi
açılışını bildirən lenti
kəsdi.
Bina ilə tanışlıq
zamanı məlumat verildi ki,
tikinti işlərinə 2012-ci ilin iyununda
başlanılmış və bu ilin avqustunda başa çatdırılmışdır. Binada ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizin ictimai-siyasi həyatı, o
cümlədən Yeni Azərbaycan
Partiyasının fəaliyyəti ilə bağlı
gördükləri işləri əks etdirən fotoguşələr
yaradılmışdır.
Prezident İlham
Əliyev otaqlarda yaradılan şəraitlə
tanış oldu.
İnzibati bina ümumilikdə
on otaq, konfrans və iclas salonlarından
ibarətdir. Bütün otaqlarda səmərəli
fəaliyyət üçün
hər cür şərait vardır.
İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi də xüsusi diqqətdə saxlanılmışdır. Bütün otaqlar lazımi avadanlıqla təchiz edilmişdir. Binanın ikinci
mərtəbəsində ulu
öndər Heydər
Əliyevin büstü
qoyulmuşdur. Buradakı 70 nəfərlik akt zalında respublika və rayon əhəmiyyətli
tədbirlərin keçirilməsi
nəzərdə tutulmuşdur.
Bundan başqa, burada kiçik iclas zalı da yaradılmışdır.
Dövlət başçısına məlumat
verildi ki, partiyanın rayon təşkilatının
9,2 min üzvü vardır. Təşkilatın sıraları əsasən
gənclərin hesabına
ildən-ilə artır.
Onlar hazırda partiya üzvlərinin 42 faizini təşkil edirlər.
Qadınların sayı isə
43 faizdir.
Prezident İlham Əliyev görülən işlərdən
razılığını bildirdi, tapşırıq
və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 3.