Azərbaycan Prezidenti Ağcabədidə Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev avqustun
29-da Ağcabədidə Gənclər Mərkəzinin
açılışında iştirak etmişdir.
Dövlət başçısı
mərkəzin rəmzi açılışını bildirən
lenti kəsdi, burada
yaradılan şəraitlə tanış oldu.
Azərbaycan
Prezidentinə məlumat verildi ki, binanın tikintisinə ötən ilin iyulunda
başlanılmış, bu ilin avqustunda başa çatdırılmışdır.
Şəhərin ən gözəl binalarından olan Gənclər Mərkəzinin ümumi sahəsi üç
min kvadratmetrdir.
Mərkəzin
foyesində ümummilli lider
Heydər Əliyevin və Prezident İlham Əliyevin ictimai-siyasi
fəaliyyətinin müxtəlif məqamlarını, həmçinin
gənclərlə görüşlərini əks etdirən fotolardan ibarət guşələr vardır.
Mərkəzin
yaradılmasında əsas məqsəd yeniyetmələr
arasında elmi-texniki biliklərin təbliği,
onların elmi-yaradıcı təşəbbüslərinin
artırılması və bu sahədə
istedadlı gənclərin üzə
çıxarılmasıdır. Bunun üçün ayrıca internet
otağı vardır. Bütün
kompyuterlər internetə qoşulmuşdur.
Gənclər Mərkəzində kompyuter
bilikləri və xarici dil
üzrə xüsusi kursların təşkili
də planlaşdırılır. Burada, həmçinin
iclas və akt
zalları, atıcılıq otağı, 3D kinozalı, linqafon otağı, elektron
kitabxana və digər
yardımçı otaqlar vardır. Müasir
avadanlığın quraşdırıldığı
atıcılıq salonunda gənclərin
bu sahədə ibtidai
hazırlıq keçmələrində və onların interaktiv, pnevmatik avtomatdan atəşaçma
bacarıqlarının yüksəldilməsi üçün
məqsədyönlü işlər aparılacaqdır.
Bu mərtəbədə fəaliyyət
göstərən disko-barda ən müasir akustika sistemi quraşdırılmışdır.
Binanın birinci mərtəbəsində oyun zalı yaradılmışdır. Burada müxtəlif növ
oyun aparatları, dördcərgəli boulinq zalı, balacalar üçün "Labirint"
oyun guşəsi fəaliyyət göstərəcəkdir.
İkinci mərtəbədə gənclər
kafesi yaradılmışdır.
Bildirildi ki, elektron kitabxananın fondunda
ulu öndər Heydər Əliyevin və
Prezident İlham
Əliyevin siyasi fəaliyyətinə həsr
edilən, eləcə də uşaqlar üçün və digər sahələrə
dair kitablar
toplanmışdır. Bir sözlə, mərkəz
gənclərin asudə vaxtlarının səmərəli təşkilində,
onların ictimai fəallığının
yüksəldilməsində mühüm rol oynayacaqdır.
Prezident İlham
Əliyev Gənclər Mərkəzi ilə
tanışlıqdan sonra
tapşırıq və tövsiyələrini verdi.
AzərTAc
Azərbaycan. - 2013.- 31 avqust.- S. 4.