Prezident İlham Əliyev Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 30-da Binəqədi rayonundakı 135 və 248 nömrəli orta məktəblərin binalarının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış olmuşdur.                                 

Dövlət başçısının tapşırıqlarına uyğun olaraq Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər ardıcıl olaraq həyata keçirilir. Xüsusi Dövlət proqramında nəzərdə tutulmuş tədbirlər planına uyğun olaraq təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin əsaslı şəkildə yenidən qurulması, yeni məktəb və uşaq bağçaları binalarının inşası uğurla həyata keçirilir. Yeni dərs ili ərəfəsində respublikanın hər yerində olduğu kimi, paytaxtda və eləcə də ətraf qəsəbələrdə orta məktəb binaları yüksək standartlara uyğun şəkildə yenidən qurulur və lazımi avadanlıqla təchiz edilir, təhsil müəssisələrinin ərazilərində abadlıq işləri həyata keçirilir, yaşıllıq zolaqları salınır.

Prezident İlham Əliyev əvvəlcə Binəqədi rayonundakı 135 nömrəli orta məktəbin binasının əsaslı təmir və yenidənqurmadan sonrakı vəziyyəti ilə tanış oldu.

Dövlət başçısı məktəbin təmirdən əvvəlki vəziyyətini əks etdirən fotolardan ibarət stendə baxdı.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağı Prezident İlham Əliyevə məlumat verdi. Bildirildi ki,  1970-ci ildə istifadəyə verilən məktəbdə dövlət proqramına uyğun olaraq əsaslı təmir və yenidənqurma işləri yüksək standartlara uyğun şəkildə həyata keçirilmişdir. Məktəbin elektrikkommunikasiya xətləri yeniləri ilə əvəz olunmuş, müasir istilik sistemi quraşdırılmışdır. 1020 şagird yerlik məktəbin bütün sinif otaqları, idmaniclas zalları, yeməkxanası tam təmir olunmuş, həyətdəki açıq idman meydançası əsaslı şəkildə yenidən qurulmuşdur. Məktəbdə dərslər bir növbədə aparılacaqdır.

Sonra Prezident İlham Əliyev 248 nömrəli orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri ilə tanış oldu. Burada görülən işlər barədə dövlət başçısına məlumat verildi. Məktəbin 1969-cu ildə istifadəyə verildiyi qeyd olundu. Bildirildi ki, 1020 şagird yerlik bu orta məktəbin 41 sinif otağı vardır. Dərslər bir növbədə keçirilir. Bütün sinif otaqları, fənn kabinetləri, idmaniclas zalları yüksək standartlar səviyyəsində təmir edilmişdir. Məktəbin işıq və istilik sistemi ən müasir tələblər səviyyəsindədir.

Dövlət başçısı  sinif otaqlarına, ayrı-ayrı fənn kabinetlərinə baxdı, idmaniclas zallarında yaradılan şəraitlə yaxından tanış oldu.

Məktəbin həyətindəki açıq idman meydançası da  yenidən qurulmuşdur. Bu təhsil ocağının ərazisində də abadlıq və quruculuq işləri həyata keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.