Sosial müavinətlərin məbləğinin
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, əhalinin rifah halını yaxşılaşdırmaq və
sosial müdafiəsini gücləndirmək
məqsədi ilə qərara alıram:
1. Sosial müavinətlərin məbləği
aşağıdakı kimi müəyyən
edilsin:
1.1. Aylıq
müavinətlər:
1.1.1. Yaşa görə müavinət - 60 manat;
1.1.2.
Əlillik "ümumi xəstəlik",
"hərbi xidmət dövründə xəstələnmə",
"əmək zədəsi və peşə xəstəliyi",
"hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar",
"Çernobıl AES-də qəzanın ləğvi ilə
əlaqədar" səbəbindən baş
verdikdə əlilliyə görə müavinət:
I qrup əlillərə
- 67 manat
II qrup əlillərə
- 50 manat
III qrup əlillərə
- 43 manat;
1.1.3. əlillik
"Azərbaycan Respublikasının
ərazi bütövlüyünün,
müstəqilliyinin və
konstitusiya quruluşunun
müdafiəsi ilə
əlaqədar" və
"1990-cı ilin 20 Yanvar
hadisələri ilə
əlaqədar" səbəbindən
baş verdikdə:
I qrup əlillərə
- 83 manat
II qrup əlillərə
- 66 manat
III qrup əlillərə
- 60 manat;
1.1.4. əlillik
"Çernobıl AES-də
hərbi xidmətlə
əlaqədar" və
ya "hərbi xidmət vəzifələrini
yerinə yetirməklə
əlaqədar" səbəbindən
baş verdikdə:
I qrup əlillərə
- 77 manat
II qrup əlillərə
- 66 manat
III qrup əlillərə
- 50 manat;
1.1.5. sağlamlıq
imkanları məhdud
18 yaşınadək uşaqlara
müavinət - 67 manat;
1.1.6. ailə
başçısını itirməyə görə
müavinət - 55 manat;
1.1.7. əmək pensiyası almaq hüququ olmayan Azərbaycan Respublikasının
ərazi bütövlüyü
uğrunda aparılan döyüş əməliyyatlarında
iştirak etdiyinə görə müharibə
veteranı adı almış şəxslərə,
1941-1945-ci illərdə arxa
cəbhədə fədakar
əməyinə görə
orden və medallarla təltif edilmiş şəxslərə,
1941-1945-ci illərdə keçmiş
sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi
orqanlarında hərbi
xidmətdə olmuş,
lakin döyüş əməliyyatlarında iştirak
etməmiş, müharibə
illərində orden və medallarla təltif edilmiş şəxslərə, İkinci
Dünya müharibəsi
illərində döyüşən
cəbhələrin arxa
hüdudları, yaxud döyüşən donanmaların
əməliyyat zonaları
daxilində ordunun və donanmanın mənafeyi üçün
tapşırıqları yerinə
yetirmiş xüsusi birləşmələrin işçilərinə,
İkinci Dünya müharibəsi dövründə
Leninqrad şəhərinin
mühasirəsi zamanı
şəhərin müəssisələrində,
idarə və təşkilatlarında işləmiş
və "Leninqradın
müdafiəsinə görə"
medalı, "Leninqrad
mühasirəsində yaşayan"
döş nişanı
ilə təltif edilmiş şəxslərə,
başqa ölkələrin
ərazisində gedən
məhəlli müharibələrdə
və hərbi münaqişələrdə hərbi
birləşmələrin tərkibində
iştirak etmiş şəxslərə və
keçmiş SSRİ silahlı
qüvvələrinin, Dövlət
Təhlükəsizliyi Komitəsinin,
Daxili İşlər
Nazirliyinin mütəxəssisləri
kimi iştirak etmiş şəxslərə
müavinət - 37 manat;
1.1.8. müddətli
həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına
müavinət - 55 manat;
1.1.9. valideynlərini
itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına
(himayəçilərinə) müavinət - 50 manat;
1.1.10. bir
yaşınadək uşağı
olan aztəminatlı ailələrə müavinət
- 45 manat;
1.1.11. bəzi
kateqoriya şəxslərin
16 yaşadək (ümumtəhsil
müəssisələrində əyani təhsil alanlar üçün 18 yaşadək) uşaqlarına
müavinət:
1.1.11.1. şəhid
uşaqlarına - 17 manat;
1.1.11.2. müharibə
əlillərinin, 20 Yanvar
hadisələri zamanı
əlil olanların, Çernobıl qəzası
nəticəsində I və
II qrup əlil olmuş, yaxud vəfat etmiş valideynlərin uşaqlarına,
habelə Çernobıl
qəzası nəticələrinin
aradan qaldırılması
iştirakçılarının dispanser qeydiyyatında olan uşaqlarına - 12 manat.
1.2. Birdəfəlik müavinətlər:
1.2.1. radiasiya
qəzası nəticəsində
zərər çəkmiş
şəxslərə hər
il müalicə üçün müavinət
- 195 manat;
1.2.2. uşağın
anadan olmasına görə müavinət
- 90 manat;
1.2.3. dəfn
üçün müavinət
- 120 manat.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabineti bu fərmandan irəli gələn məsələləri
həll etsin.
3. "Sosial müavinətlərin məbləğinin
artırılması haqqında"
Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 26
dekabr tarixli 567 nömrəli fərmanı,
"Əhalinin bəzi
kateqoriyalarının sosial
müdafiəsinin gücləndirilməsi
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2011-ci il 26 dekabr tarixli 568 nömrəli fərmanı (3-cü hissəsi
istisna olmaqla), "Aztəminatlı əhalinin
sosial müdafiəsinin
gücləndirilməsi tədbirləri
barədə" Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 8 sentyabr tarixli 324 nömrəli fərmanı (3-cü hissəsi
istisna olmaqla), "Əhalinin sosial müdafiəsinin gücləndirilməsi
ilə bağlı əlavə tədbirlər
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 22 yanvar tarixli 514 nömrəli fərmanının 1-ci hissəsi
ləğv edilsin.
4. Bu fərman
2013-cü il sentyabrın 1-dən qüvvəyə
minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 29 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 5.