Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında Əsasnamə»də dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
haqqında Əsasnamə"ni "Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı
Dövlət Fondu haqqında Əsasnamə"nin
təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası
Prezidentinin 2013-cü il
2 aprel tarixli 853
nömrəli Fərmanına uyğunlaşdırmaq məqsədi
ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2006-cı il 28 dekabr tarixli
504 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2006, № 12, maddə 1051; 2008, № 4, maddə
255, № 11, maddə 970, № 12, maddə 1065; 2009, № 10, maddə 775, №
12, maddələr 983, 991; 2010, № 2, maddə 80, № 3, maddə 179,
№ 4, maddə 296;
2011, № 2, maddələr 83, 85, № 8, maddə 753) ilə
təsdiq edilmiş "Azərbaycan
Respublikasının İqtisadi İnkişaf Nazirliyi
haqqında Əsasnamə"nin 3.1.85-ci yarımbəndinə
"sahibkarlığın" sözündən sonra "(informasiya-kommunikasiya
texnologiyaları sahəsində sahibkarlıq istisna
olmaqla)" sözləri əlavə edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 5.