Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Yerli icra hakimiyyətləri haqqında Əsasnamə»də
dəyişikliklər edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı
ilə təsdiq edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"ni
"Dini etiqad azadlığı haqqında"
Azərbaycan Respublikasının
Qanununda dəyişiklik
edilməsi barədə"
Azərbaycan Respublikasının
2013-cü il 22 fevral tarixli 577-IVQD nömrəli
Qanununa uyğunlaşdırmaq
məqsədi ilə qərara alıram:
Azərbaycan
Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli
648 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2012, ¹ 6, maddə 542; 2013,
¹ 1, maddə 29, ¹ 2, maddə 117, ¹ 3, maddə 246) ilə təsdiq
edilmiş "Yerli icra hakimiyyətləri haqqında Əsasnamə"nin
4.14.3-cü və 4.14.4-cü yarımbəndlərində
"ədəbiyyatın, əşyaların" sözləri
"ədəbiyyatın (kağız və elektron
daşıyıcılarında), audio və
video materialların, mal
və məmulatların" sözləri ilə əvəz
edilsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 28 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 5.