Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin sosial
müdafiəsini gücləndirmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikası Dövlət Miqrasiya Xidmətinin
xüsusi rütbəsi olan
əməkdaşlarının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə
(tarif) maaşları orta
hesabla 10 faiz
artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
3. Bu sərəncam 2013-cü il
sentyabrın 1-dən qüvvəyə minir.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 30 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.