Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisas ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə şagirdlərinə dövlət qayğısını artırmaq onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə qərara alıram:

 

1. Dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin məbləği artırılaraq aşağıdakı məbləğlərdə müəyyən edilsin:

 

1.1. Doktorantura pilləsi üzrə:

 

elmlər doktoru hazırlığı üzrə doktorantlara - 220 manat

fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 120 manat

 

1.2. Ali təhsil müəssisələrində:

 

adlı təqaüd alan tələbələrə - 120 manat

 

magistr pilləsi üzrə:

 

əla qiymətlərlə oxuyan tələbələrə - 105 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 85 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 55 manat

 

bakalavr pilləsi üzrə:

 

əla qiymətlərlə oxuyan tələbələrə - 95 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 80 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 50 manat

 

1.3. Orta ixtisas təhsili müəssisələrində:

 

əla qiymətlərlə oxuyan tələbələrə - 50 manat

 

əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə - 40 manat

 

yaxşı-kafi qiymətlərlə oxuyan tələbələrə - 35 manat

 

1.4. İlk peşə-ixtisas təhsili müəssisələrinin şagirdlərinə - 35 manat

 

2. Təqaüdlərin ödənilməsi dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçirilsin.

 

3. "Doktorantlara, ali təhsil, orta ixtisasilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 6 sentyabr tarixli 1085 nömrəli Sərəncamı (3-cü hissəsi istisna olmaqla) ləğv edilsin.

 

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

 

5. Bu sərəncam 2013-cü il sentyabrın 1-dən qüvvəyə minir.

 

 

İlham ƏLİYEV,

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 avqust 2013-cü il

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.