Təhsil müəssisələrində
çalışan işçilərin əməkhaqlarının
artırılması haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, təhsil müəssisələrində
çalışan işçilərin
sosial müdafiəsini
daha da gücləndirmək
və onlara dövlət qayğısını
artırmaq məqsədi
ilə qərara alıram:
1. Dövlət büdcəsindən maliyyələşdirilən
təhsil müəssisələrində (ali
təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin
Vahid Tarif Cədvəli
ilə müəyyən edilmiş
aylıq vəzifə (tarif)
maaşları 2013-cü il sentyabrın
1-dən orta hesabla 10 faiz artırılsın.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri
həll etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 30 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.