Sabirabad rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə
dair əlavə tədbirlər
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Son 10 ildə Sabirabad rayonunun sosial-iqtisadi həyatında
əsaslı dəyişikliklər
baş vermiş, əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin
yerinə yetirilməsi
sahəsində mühüm
tədbirlər həyata
keçirilmiş, əsas
kapitala yönəldilmiş
investisiya 170,3 dəfə,
o cümlədən tikinti-quraşdırma
işləri 194,3 dəfə
artmış, Olimpiya İdman Kompleksi, əlil və şəhid ailələri
üçün ümumilikdə
56 mənzilli 3 yaşayış
binası inşa edilmiş, Gənclər Mərkəzi əsaslı
təmir olunmuş, təhsil, mədəniyyət
və digər sosial yönümlü obyektlər istifadəyə
verilmiş, yeni kənd təsərrüfatı
və emal müəssisələri yaradılmış, sutəmizləyici
qurğular quraşdırılmış,
avtomobil yolları çəkilmiş, körpülər
salınmış, genişmiqyaslı
abadlıq-quruculuq işləri
görülmüşdür.
Sabirabad şəhərində
abadlıq-quruculuq işlərinin davam
etdirilməsi, "Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı"nda rayon
üzrə müəyyən olunmuş tədbirlərin
həyata keçirilməsinin sürətləndirilməsi məqsədi
ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin
32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Sabirabad rayonunun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi məqsədi
ilə Sabirabad Rayon İcra Hakimiyyətinə Azərbaycan
Respublikasının 2013-cü il dövlət
büdcəsində nəzərdə tutulmuş
Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 2,0 (iki) milyon manat
ayrılsın.
2. Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi bu sərəncamın
1-ci hissəsində nəzərdə tutulan
məbləğdə maliyyələşməni müəyyən
olunmuş qaydada təmin
etsin.
İlham
ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı
şəhəri, 30 avqust 2013-cü il
Azərbaycan. - 2013.- 31 avqust.- S. 6.